18 Noyabr 2019, Bazar ertəsi - 19:55

İspaniya-2016: Tras və statistika

İspaniya-2016: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:54 - 12 May, 2016

İspaniya Qran Prisi ilk dəfə uzunluğu 6 km olan Pedralbes şəhər trasında keçirilib. Mövsümün son yarışında titulun taleyi həll olunurdu: Alfa Romeo-dan Xuan Manuel Fanxio və Ferrari-dən Alberto Askari tarixin ikinci dünya çempionunu müəyyənləşdirməli idilər. Askari pouldan start alsa da, artıq 4-cü dövrədə Fanxio liderliyə yüksəlmiş və finiş xəttini 1-ci keçərək karyerasında ilk titulunu qazanmışdı.

Üç ildən sonra Pedralbes yenidən mövsümün son yarışını qəbul etdi, amma 1955-ci il Le Man marafonunda baş verən faciə traslara olan təhlükəsizlik tələblərini artırdı və Pedralbes təqvimdən çıxarıldı.

1966-cı ildə kataloniyalılar çempionatda iştirak etmək üçün Madrid yaxınlığındakı Xarama trasına alternativ olaraq Monjuik şəhər trasını hazırladılar. Amma Formula1 yarışı İspaniyaya 1968-ci ildə Xaramada qayıtdı, bu yarışda qələbəni Qrəhəm Hill bayram etdi. Bir il sonra artıq Monjuikdə baş tutan milli yarış Ceki Styuartın qələbəsi ilə başa çatdı – cəmi 5 sürücü finiş görmüşdü.

Bundan sonra İspaniya Qran Prisi növbə ilə bu traslarda keçirilməyə başladı. 1975-ci ildə Monjuikdə qalmaqal yaşandı: təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması üzündən sürücülər trasa çıxmaqdan imtina etmişdilər. Bu səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 75 dövrədən sonra deyil, cəmi 30 dövrədən sonra dayandırılmışdı – Hill komandasının sürücüsü Rolf Ştommelenin qəzası beş tamaşaçının ölümü ilə nəticələnmişdi. Beləliklə, Formula1 Monjuiki əbədi tərk etdi.

1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq məsələsini müzakirə edərək yeni avtodrom tikmək barədə qəbul edir. Düzdür, bir müddət cənublular bu layihənin reallaşdırılmasına mane oldular – 1986-cı ildən 1990-cı ilədək milli Qran Pri Xeres de la Frontera trasında keçirildi.

Amma kataloniyalılar istəklərindən dönmədilər: Barselonanın şimalında torpaq sahəsi alındı, 1989-cu il fevralın 24-də Circuit de Catalunya trasının ilk daşı bünövrəyə qoyuldu. Kral Avtomobil Klubu, Kataloniya hökuməti və yaxınlıqdakı Monmelo şəhərinin bələdiyyəsi maliyyə məsələlərini həll etdilər.

1991-ci il sentyabrın 29-da 16 illik fasilədən sonra Formula1 Katalunyaya qayıtdı. Trasın coğrafi mövqeyi və konfiqurasiyası ilin istənilən vaxtında trasda testlər keçirməyə imkan verdi.

Spanish Grand Prix

 

FORMULA 1 GRAN PREMIO DE ESPAÑA PIRELLI 2016
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
13-15 may 2016Circuit de Catalunya4655 m66307.104 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Barselona trası maşınların effektivliyini dəyərləndirmək üçün ideal trasdır – tras aerodinamikaya çox tələbkadır, müxtəlif tipli döngələrdən ibarətdir, ona görə də əgər maşın Barselonada sürətli olarsa, mövsümün sonuna qədər əksər traslarda sürətli olacaq.

Formula1 təqviminin Avropa hissəi artıq neçə illərdir ki, məhz Barselonada başlayır. Məhz Barselonaya komandalar ilk dəfə motorhoumlarını gətirirlər. Həmişə mövsümün bu yarışa komandalar tam paket yeniliklər hazırlayırlar. Həm də Barselona yarışından dərhal sonra ikigünlük mövsümiçi testlər də bu trasda baş tutacaq. Bu testlərdə komandalar qarşıdakı yarışlara və gələn ilə hazırladıqları yenilikləri də yoxlayacaqlar.

Maşınların sazlanması zamanı komandalar üstünlüyü sıralanma turuna verirlər – Barselonada start mövqeyi çox önəmlidir, son 15 ildə bu trasda yalnız 2 dəfə poul qazanmayan sürücü qələbəyə sevinib.

2015-ci ilin İspaniya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərGünəşli. QuruNiko RosberqMercedes AMG1:26.828
1-ci sərbəst yürüşlərGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:26.852
1-ci sərbəst yürüşlərGünəşli. QuruNiko RosberqMercedes AMG1:26.021
Sıralanma turuGünəşli. QuruNiko RosberqMercedes AMG1:24.681
Yarışda sürətli dövrəGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:28.270

 

Spanish Grand Prix

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün İspaniya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

İspaniya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
13 may1-ci sərbəst yürüşlər12:00
13 may2-ci sərbəst yürüşlər16:00
14 may3-cü sərbəst yürüşlər13:00
14 maySıralanma turu16:0015:50
15 mayYarış16:0015:30

 

Pirelli

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Barselonada asfalt çox coddur, ona görə də mövsümdə ilk dəfə Pirelli şirkəti komandalara ən bərk üçlüyü təqdim edəcək: Hard – Medium – Soft, ən bərk cütlük isə (Hard və Medium) yarış üçün “məcburi” elan olunub.

Çox şey asfaltın temperaturundan və ön təkərlərin yeyilməsindən asılı olacaq, keçən il komandalar iki və üç pit-stop seçmişdilər, qələbə qazanan Niko Rosberq isə təkərlərini iki dəfə dəyişdirmişdi. Bu il sürücülər 3 dəfə təkər dəyişməyə üstünlük verəcəklər, xüsusən də ilk onluğun ən yumşaq təkərlərlə start almasını nəzərə alsaq müxtəlif strategiyalar görəcəyik.

SürücüKomandaHardMediumSoft
Lyuis HəmiltonMercedes AMG157
Niko RosberqMercedes AMG157
Sebastyan FettelFerrari148
Kimi RəykkönenFerrari148
Valtteri BottasWilliams157
Felipe MassaWilliams157
Daniel RikkardoRed Bull247
Daniil KvyatRed Bull247
Niko HülkenberqRenault256
Serxio PeresRenault256
Kevin MaqnussenForce İndia247
Colion PalmerForce İndia157
Maks FerstappenToro Rosso166
Karlos SaynsToro Rosso256
Fernando AlonsoMcLaren157
Censon BattonMcLaren157
Markus ErikssonSauber265
Felipe NasrSauber265
Paskal VerlyaynManor256
Rio HaryantoManor256
Roman QrojanHaas238
Esteban QutyerresHaas148

 

Spanish Grand Prix

 

Hazırkı pilotların İspaniya Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
F.Alonso14120172
S.Fettel89231
L.Həmilton979151
K.Rəykkönen1373242
N.Rosberq1067221
F.Massa1359131
C.Batton1548121
V.Bottas422
D.Rikkardo5221
R.Qrojan420
S.Peres56
K.Sayns12
N.Hülkenberq62
D.Kvyat21
E.Qutyerres2
M.Eriksson2
M.Ferstappen1
K.Maqnussen1
F.Nasr1
C.Palmer1
P.Verlyayn
R.Haryanto

 

İspaniya Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
10.05.2015KatalunyaN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
11.05.2014KatalunyaL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
12.05.2013KatalunyaN.RosberqMercedes AMGF.AlonsoFerrari
13.05.2012KatalunyaP.MaldonadoWilliamsP.MaldonadoWilliams
22.05.2011KatalunyaM.UebberRed BullS.FettelRed Bull
09.05.2010KatalunyaM.UebberRed BullM.UebberRed Bull
10.05.2009KatalunyaC.BattonBrawn GPC.BattonBrawn GP
27.04.2008KatalunyaK.RəykkönenFerrariK.RəykkönenFerrari
13.05.2007KatalunyaF.MassaFerrariF.MassaFerrari
14.05.2006KatalunyaF.AlonsoRenaultF.AlonsoRenault
08.05.2005KatalunyaK.RəykkönenMcLarenK.RəykkönenMcLaren
09.05.2004KatalunyaM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
04.05.2003KatalunyaM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
28.04.2002KatalunyaM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
29.04.2001KatalunyaM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
07.05.2000KatalunyaM.ŞumaxerFerrariM.HəkkinenMcLaren
09.05.1999KatalunyaM.HəkkinenMcLarenM.HəkkinenMcLaren
10.05.1998KatalunyaM.HəkkinenMcLarenM.HəkkinenMcLaren
25.05.1997KatalunyaJ.VilnövWilliamsJ.VilnövWilliams
02.06.1996KatalunyaD.HillWilliamsM.ŞumaxerFerrari
14.05.1995KatalunyaM.ŞumaxerBenettonM.ŞumaxerBenetton
29.05.1994KatalunyaM.ŞumaxerBenettonD.HillWilliams
09.05.1993KatalunyaA.ProstWilliamsA.ProstWilliams
03.05.1992KatalunyaN.MənsellWilliamsN.MənsellWilliams
29.09.1991KatalunyaG.BergerFerrariN.MənsellWilliams
30.09.1990XeresA.SennaMcLarenA.ProstFerrari
01.10.1989XeresA.SennaMcLarenA.SennaMcLaren
02.10.1988XeresA.SennaMcLarenA.ProstMcLaren
27.09.1987XeresN.PikeWilliamsN.MənsellWilliams
13.04.1986XeresA.SennaLotusA.SennaLotus
21.06.1981XaramaJ.LaffitLigierJ.VilnövFerrari
29.04.1979XaramaJ.LaffitLigierP.DepayeLigier
04.06.1978XaramaM.AndrettiLotusM.AndrettiLotus
08.05.1977XaramaM.AndrettiLotusM.AndrettiLotus
02.05.1976XaramaC.HantMcLarenC.HantMcLaren
27.04.1975MonjuikN.LaudaFerrariY.MassaMcLaren
28.04.1974XaramaN.LaudaFerrariN.LaudaFerrari
29.04.1973MonjuikR.PetersonLotusE.FittipaldiLotus
01.05.1972XaramaJ.İksFerrariE.FittipaldiLotus
18.04.1971MonjuikJ.İksFerrariC.StyartTyrrell
19.04.1970XaramaC.BrəbhəmBrabhamC.StyuartMarch
04.05.1969MonjuikY.RindtLotusC.StyuartMatra
12.05.1968XaramaK.EymonFerrariQ.HillLotus
24.10.1954PedralbesA.AskariLanciaM.HotornFerrari
28.10.1951PedralbesA.AskariFerrariX.M.FanxioAlfa Romeo

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 713
Teqlər , ,
Paylaş

logo