15 Dekabr 2019, Bazar - 17:39

P.Qasli qəzaya görə təəccüblənib

P.Qasli qəzaya görə təəccüblənib

Müəllif: Rauf Hacıyev, redaktor

10:49 - 20 Fevral, 2019

Mövsümöncəsi qış testlərinin ilk qəzasını edən Pyer Qasli buna təəccüblənib.

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüsü Qasli testlərin ikinci gününün bitməsinə 1 saat qalmış 12-ci döngədə idarəetməni itirərək təkər baryerlərə çırpılıb.

Pyer Qasli: “Bolidi əsasən limitlərdə sürürdüm. Ayağım qazda idi və bolidin arxa təfəfi sürüşdü. Bir az təəccübləndim və sonda əlimdən heç nə gəlmirdi. Fərqli şeyləri test etmək üçün daha 6 günümüz var”.

Problemə baxmayaraq, fransalı sürücü testlərdə 92 dövrə vurub və 1.19.814-lük nəticə əldə edib: “Gün ərzində yaxşı təhlillər apardıq. Boliddə özümü yaxşı hiss etdim. Paketimizi anlamalıyıq. Honda-dan da razıyıq. İndiyə kimi hər şey qaydasında gedib”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 232
Teqlər , ,
Paylaş

logo