R.Kubitsa Barselonada sükan arxasına keçəcək

Alfa Romeo komandasının ehtiyat sürücüsü Robert Kubitsa İspaniyadakı birinci sərbəst yürüşlərdə trasa çıxacaq.

F-1.az xatırladır ki, polşalı sürücü mövsümün əvvəlində reklam çəkilişlərində C41 ilə Barselonada trasa çıxmışdı. 35 yaşlı sürücü cümə günü birinci sərbəst yürüşlərdə Kimi Rəykköneni əvəz edəcək. Qeyd edək ki, Portuqaliyada Kalyum Aylot da Covinatsini əvəz etmişdi.

İspaniya yarışından sonra həftənin ikinci və üçüncü günü Pirelli-nin 18 düymlük təkərlərinin testləri də olacaq. ubitsa bu testlərdə də iştirak edəcək. Bu testlərdə Alfa Romeo-dan savayı Alpine və Red Bull da iştirak edəcək.

Robert Kubitsa: “Cümə günü bolidə qayıtmaq üçün səbirsizlənirəm. C41-i sonuncu dəfə fevralda Barselonada sürmüşdüm. O vaxtdan bəri çoxlu yeniliklər gəlib və onları görmək üçün səbirsizlənirəm. Formula1 bolidi sürmək gözəl hissdir. Komandaya kömək etmək üçün səbirsizlənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*