22 Sentyabr 2019, Bazar - 14:15

İspaniya-2016: Birinci sərbəst yürüşlər

İspaniya-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:56 - 13 May, 2016

Komandaların çoxu Barselonaya yeniliklər gətiriblər, ona görə də sessiya başlayan kimi yeniliklərin effektivliyini dəyərləndirməyə çalışıblar. Renault komandasında Esteban Okon Colion Palmeri əvəz edib, Maks Ferstappen RB12-nin, Daniil Kvyat isə STR11-in sükanı arxasında işləyiblər.

Okon ilk dövrələr seriyasında arxa təkərin deşilməsi üzündən boksa qayıtmalı olub, amma mexaniklər daha ciddi nasazlıq üzə çıxarıblar və sürücü bir daha trasa qayıtmayıb. Sessiyanın əvvəlində Peres maşını tüstülənib – mexaniklərin müdaxiləsindən sonra sessiyanın sonunda Serxio trasa qayıda bilib.

Toro Rosso-nun boksunda mexaniklər Kvyatın maşını ilə uzun müddət işləməli olublar – Ferstappendən sonra bütün sazlanmaları dəyişmək lazım gəlib. Sessiyanın ikinci yarısında Qrojanın maşını sürətini itirib, sürücü özünü boksa çatdıra bilib və mexaniklərin müdaxiləsindən sonra trasa qayıda bilib.

Protokollara Sebastyan Fettel başçılıq edib – 1:23.951, bu nəticə keçən il Niko Rosberqin poulundan 0.7 saniyə sürətlidir. Kimi Rəykkönen komanda yoldaşına 0.1 saniyə uduzub. Qeyd edək ki, Mercedes AMG komandasının sürücüləri Ferrari sürücülərindən fərqli olaraq Soft təkərlərlə işləməyiblər. Ən böyük məsafəni Bottas qət edib – 36 dövrə.

Nahardan sonra sessiya davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:23.95122
27Kimi RəykkönenFerrari1:24.089+ 0:00.13818
36Niko RosberqMercedes1:24.454+ 0:00.50334
444Lyuis HəmiltonMercedes1:24.611+ 0:00.66033
53Daniel RikkardoRed Bull1:25.416+ 0:01.46525
633Maks FerstappenRed Bull1:25.585+ 0:01.63429
777Valtteri BottasWilliams1:25.672+ 0:01.72136
855Karlos SaynsToro Rosso1:26.078+ 0:02.12719
919Felipe MassaWilliams1:26.186+ 0:02.23532
1014Fernando AlonsoMcLaren1:26.243+ 0:02.29218
1120Kevin MaqnussenRenault1:26.576+ 0:02.62530
1226Daniil KvyatToro Rosso1:26.583+ 0:02.63221
1327Niko HülkenberqForce India1:26.938+ 0:02.98727
1411Serxio PeresForce India1:27.064+ 0:03.1139
1512Felipe NasrSauber1:27.253+ 0:03.30227
168Roman QrojanHaas1:27.258+ 0:03.30717
1721Esteban QutyerresHaas1:27.283+ 0:03.33218
189Markus ErikssonSauber1:27.392+ 0:03.44124
1922Censon BattonMcLaren1:27.610+ 0:03.65919
2094Paskal VerlyaynManor1:28.084+ 0:04.13329
2188Rio HaryantoManor1:29.052+ 0:05.10134
2245Esteban OkonRenault6

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 459
Teqlər , , , ,
Paylaş

logo