Avstriya-2017: Birinci sərbəst yürüşlər

Cümə günü olmasına baxmayaraq, Şpilberqdə tribunalar tam dolub. Hava isti olduğundan trasın temperaturu sessiyanın gedişində 10 dərəcədən çox artıb.

F-1.az bildirir ki, iki komanda gənc sürücülərinə trasda işləmək şansı verib – Sergey Sirotkin Renault-da Hülkenberqi, Alfonso Seliş isə Force İndia-da Serxio Peresi əvəzləyib. Sergey sessiya ərzində heç bir problem yaşamasa da, Alfonso 15 dövrədən sonra maşını mexaniklərə təhvil verməli olub. Demək olar ki, bütün komandalar Avstriyaya yeniliklər gətiriblər, McLaren-in hər iki sürücüsü isə Honda güc qurğusununun 3-cü versiyasını alıb.

Tras hələ tozlu və sürüşkən olduğu üçün sürücülərin hamısı hüdudlardan kənara çıxıblar. Rəykkönen, Fettel, Stroll, Kvyat, Sayns və Bottas yerində fırlansalar da, ciddi insident yaşamayıblar. Ferstappen 6-cı döngənin çıxışında trasdan çıxıb və baryerlərə ilişib. Qrojanın porebrikə hücumu zamanı təkəri deşilib. Mexaniki problemlər üzündən Eriksson sessiyanın böyük bir hissəsini boksda keçirməli olub.

Maraqlıdır ki, artıq ilk sessiyada sürücülər 3 tərkibin hamısı ilə işləyiblər. Lyuis Həmilton ən böyük məsafə qət etməklə, trasın yeni rekroduna da imza atıb – 1:05.975.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:05.975 38
2 33 Maks Ferstappen Red Bull 1:06.165 + 0:00.190 22
3 77 Valtteri Bottas Mercedes AMG 1:06.345 + 0:00.370 35
4 5 Sebastyan Fettel Ferrari 1:06.424 + 0:00.449 27
5 3 Daniel Rikkardo Red Bull 1:06.620 + 0:00.645 31
6 7 Kimi Rəykkönen Ferrari 1:06.848 + 0:00.873 24
7 2 Stoffel Vandorn McLaren 1:07.283 + 0:01.308 31
8 26 Daniil Kvyat Toro Rosso 1:07.437 + 0:01.462 30
9 14 Fernando Alonso McLaren 1:07.510 + 0:01.535 28
10 31 Esteban Okon Force İndia 1:07.511 + 0:01.536 39
11 19 Felipe Massa Williams 1:07.550 + 0:01.575 29
12 20 Kevin Maqnussen Haas 1:07.594 + 0:01.619 30
13 55 Karlos Sayns Toro Rosso 1:07.633 + 0:01.658 31
14 30 Colion Palmer Renault 1:07.649 + 0:01.674 30
15 18 Ləns Stroll Williams 1:08.041 + 0:02.066 35
16 8 Roman Qrojan Haas 1:08.074 + 0:02.099 20
17 46 Sergey Sirotkin Renault 1:08.586 + 0:02.611 27
18 34 Alfonso Seliş Force İndia 1:09.280 + 0:03.305 15
19 94 Paskal Verlyayn Sauber 1:09.323 + 0:03.348 28
20 9 Markus Eriksson Sauber 1:10.853 + 0:04.878 12
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*