İlk testlərə yeddi komanda yeni maşınla çıxacaq

Bazar ertəsi, fevralın 1-də Formula1 komandaları mövsümöncəsi testlərə başlayacaqlar. Keçən il test proqramı yanvarda başlamış və martda qurtarmışdı, bu il […]

Bazar ertəsi, fevralın 1-də Formula1 komandaları mövsümöncəsi testlərə başlayacaqlar. Keçən il test proqramı yanvarda başlamış və martda qurtarmışdı, bu il isə komandaların ixtiyarında yalnız fevral ayında 15 test günü var – 1-3 fevral Valensiyada, 10-13 və 17-20 fevral Xeresdə və 25-28 fevral Barselonada.

İlk testlərə on üç komandadan yalnız yeddisi gələcək – McLaren, Mercedes, Ferrari, Sauber, Williams, Renault və Toro Rosso – məhz bu komandalar ya öz maşınlarını artıq nümayiş etdiriblər, ya da bunu Valensiyada Rikardo Tormo adına avtodromda edəcəklər.

Renault-dan başqa digər komandalar testlərdə sürücülərin iş qrafiklərini də təsdiq ediblər, Renault komandası testlərə Robert Kubitsa ilə başlayacaq, onun komanda yoldaşının adı isə sabah elan olunacaq. Williams komandası testlərdə Cosworth motorlarından istifadə edəcək yeganə komanda olacaq. Hava proqnozu yağıntı vəd etməsə temperatur cəmi 17 dərəcəyə qədər qızacaq.

Komandalar 1 fevral 2 fevral 3 fevral
McLaren Q.Paffet L.Həmilton C.Batton
Mercedes N.Rosberq/M.Şumaher N.Rosberq M.Şumaher
Ferrari F.Massa F.Massa F.Alonso
Sauber P.de la Rosa K.Kobayaşi P.de la Rosa
Williams R.Barrikello R.Barrikello N.Hülkenberq
Renault R.Kubitsa
Toro Rosso S.Buemi X.Algersuari X.Algersuari

Red Bull komandası Xeresdə təqdimatdan sonra ikinci testlərə qoşulacaq, elə burdaca Force İndia və Virgin Racing maşınlarının da debütü gözlənilir.

Lotus komandası son iki test seriyasına gəlməyi planlaşdırıb – Xeres və Barselonaya, US F1 və Campos komandalarının test proqramalrı barədə isə bizə heç nə məlum deyil. Ehtimal olunur ki, bu komandaların ilk maşınları elə mövsümün ilk yarışında Bəhreyndə debüt edəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*