07 Dekabr 2019, Şənbə - 11:10

H.Marko reqlamentdəki dəyişiklikləri tənqid edib

H.Marko reqlamentdəki dəyişiklikləri tənqid edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:02 - 20 İyun, 2011

Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Markonun fikrincə, çempionatın gedişində sorucu diffuzorlara qadağanın tətbiqi Formula1-in xeyrinə olmayacaq. Avstriyalı mütəxəssis qüvvələr […]

Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Markonun fikrincə, çempionatın gedişində sorucu diffuzorlara qadağanın tətbiqi Formula1-in xeyrinə olmayacaq. Avstriyalı mütəxəssis qüvvələr nisbətinə ciddi təsir edəcək FİA-nın bu qərarını tənqid atəşinə tutub – əvvəllər belə qlobal qadağalar çempionatın əvvəlindən qüvvəyə minirdilər…

Helmut Marko: “Son iki ildə, əvvəl ikiqat diffuzorlar, sonra isə hava kanalı mövsümün sonunda qadağan olunmuşdu, amma indi mövsümün ortasında belə qadağa qoyulur. Bu çox qəribədir.”

Markonun fikrincə, Silverstoundan sonra bütün komandalar sürətdə itirəcəklər, diffuzorun üstünlüyündən istifadə etməyən komandalar isə qazanacaqlar: “Biz ümid edirik ki, bu qadağa bizim sürətimizə Renault, McLaren və Mercedes-də olduğu qədər təsir edəcək, Ferrari isə bu qadağadan aşkar qazanacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 294
Teqlər
Paylaş

logo