Silverstounda gələn ilin maşını təqdim olunacaq

Silverstounda Britaniya Qran Prisi günlərində növbəti mövsüm üçün hazırlanmış bolidin ilk tamölçülü modelinin təqdimatı olacaq.

F-1.az xatırladır ki, gələn il Formula1 yalnız trasdakı mübarizə səviyyəsini artırmaq üçün deyil, həm də yarış avtomobillərinin görünüşünə təsir edəcək yeni texniki reqlamentə keçəcək.

F1 One Begins tədbiri çərçivəsində azarkeşlərdə nəinki gələn mövsüm maşınların necə olacağı barədə fikir formalaşacaq, eyni zamanda onlar yeni konsepsiyanın əsas prinsiplərini izah edəcək mütəxəssislərin rəylərini də eşidəcəklər.

Ən maraqlısı isə budur ki, təqdimatı çempionatın rəsmi veb-saytında, yutub kanalında və feysbuk səhifəsində canlı izləmək mümkün olacaq. Tədbir cümə axşamı, iyulun 15-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*