Hispania: Danışıqlar və sponsor axtarışı davam edir…

Mövsümün başlanmasına iyirmi gündən az vaxt qalır, amma Hispania komandası hələ heyətini tam müəyyənləşdirməyib – Narain Kartikeyanla müqavilə yanvar ayında […]

Mövsümün başlanmasına iyirmi gündən az vaxt qalır, amma Hispania komandası hələ heyətini tam müəyyənləşdirməyib – Narain Kartikeyanla müqavilə yanvar ayında təsdiq olunsa da, onun komanda yoldaşının adı hələ də açıqlanmayıb.

Çempionatda qalmış yeganə vakansiyaya üç namizədin adı məlumdur – Vitantonio Liutsi, Kristian Klin və Corcio Mondini. Birinci iki sürücünün təcrübəsi çoxdur, amma sponsor dəstəyi və komandada çıxşına görə pul ödəmək fikirləri yoxdur, hərçənd, komandanın başçısı Kolin Kolles açıq mətnlə bildirib ki, komandaya ən azı sponsor təminatı təqdim edən sürücü lazımdır.

Belə bir sponsor təminatının dəyəri bütün mövsüm üçün 10 milyon Avrodur və ya hər bir yarış üçün yarım milyon Avro.

Mondiniyə gəlincə, 30 yaşlı isveçrəli sürücü Kolleslə əməkdaşlıq təcrübəsinə malidkir, komanda onu müvəqqəti sürücü kimi götürə bilər və daha təminatlı sürücünü gözləyə bilər, amma Mondininin superlisenziyası yoxdur. Keçən il komanda mövsüm ərzində bir neçə sürücünün xidmətindən istifadə etmişdi, bu il belə bir sxemin təkrar olunması istisna edilmir.

Narainin komanda yoldaşının elan olunmasının ləngiməsini bir çoxları komandanın danışıqları və sponsor axtarışını davam etdirməsilə əlaqələndirirlər, amma bu proses uzun sürə bilməz – Melburn uik-endinə qədər komanda ən azı müvəqqəti qərar qəbul etməlidir.

Şayiələr gəzir ki, komanda Liutsi ilə müqavilə bağlamaqla risk edə bilər, bu zaman komanda FOM-dan alacağı yayımdan qazandığı paya ümid edə bilər, amma bunun üçün Mühəndislər Kubokunda ilk onluğa düşmək lazımdır. Bu halda komandanın yayımdan aldığı pay renta-sürücünün xidmətindən imtina zamanı maliyyə itkilərini ödəyə bilərdi, amma çox şey yeni maşının sürətindən asılı olacaq – əgər F111 Team Lotus və Marussia Virgin komandalarının maşınları ilə müqayisə oluna bilərsə, onda bu variant mümkündür.

Bəyanat artıq Barselona testlərdinə də səslənə bilər, hamı komandanın yeni maşınının debütünü gözləyir, komanda isə heç bir şərh vermir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*