Hindistan 2011-ci ildə Qran Priyə hazırlaşır

Hindistan Qran Prisinin müddəti bir neçə dəfə dəyişdirilib, amma indi bürokratik məsələlər həll olunub, milli idman nazirliyi layihəni dəstəkləyib, hərçənd, […]

Hindistan Qran Prisinin müddəti bir neçə dəfə dəyişdirilib, amma indi bürokratik məsələlər həll olunub, milli idman nazirliyi layihəni dəstəkləyib, hərçənd, layihəni şəxsi sərmayədarlar maliyyələşdirəcəklər. Avtodromun tikintisi üzrə işlər davam edir, trasda ilk yarış gələn ilin oktyabrına planlaşdırılıb. Reuters agentliyinə müsahibəsində layihənin başçısı Mark Hyuz vəziyyəti şərh edib…

Mark Hyuz: “Hazırda biz gələn il oktyabrda yarışı qəbul etmək qrafiki üzrə işləyirik və böyük idman boyektinin tikintisini aparırıq, burada təkcə Formula1 trası deyil, həmdə qolf meydançası olacaq.

Avtodromun tikintisini tamamilə şəxsi sərmayədarlar maliyyələşdirir, büdcə 350 milyon dollar təşkil edir. Büdcə üzrə 5.5 kilometrlik trasın tikintisi nəzərdə tutulub – tras Monsadan sonra çempionatın ikinci sürətli trası olmalıdır. Trasın sxemi artıq komandalara verilib ki, simulyatorlara qoşulsun.

Biz ümid edirik ki, ilk Qran Prini 120 min tamaşaçı izləyəcək, effektiv nəqliyyat infrastrukturu hazırlamışıq, gələcəkdə buraya metro stansiyası da çəkiləcək. Növbəti addım isə trasın FİA tərəfindən təftişi olacaq, bundan sonra biz xidmət personalının toplanmasına başlayacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*