Haas bolidini onlayn təqdim edəcək

Haas komandasının yeni bolidi çarpma testlərini uğurla keçib və komanda təqdimat tarixini açıqlayıb.

F-1.az xatırladır ki, amerikalılar Formula1-də 2016-cı ildə debüt edib və ardıcıl iki mövsümdə 8-ci yeri tuta biliblər. Komanda bu il də Dallara və Ferrari ilə işləməyə davam edəcək.

Haas komandası çarpma testlərini uğurla keçib və yeni bolidin adı VF-18 olacaq. Yeni maşının təqdimatı isə testlərin ilk günündə – fevralın 26-da komandanın rəsmi saytında onlayn ediləcək. Komanda təqdimatdan dərhal sonra testlərə başlayacaq. Beləliklə, həm Toro Rosso, həm də Haas yeni bolidini testlərin ilk günündə təqdim etmiş olacaq. Bundan başqa Antonio Covinatsinin gedişindən sonra komandada üçüncü sürücünün kim olacağı məlum deyil. Amerikalılar testlərin ilk günündə üçüncü sürücünün də adını açıqlayacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*