Haas yeni sürücülərini Portuqaliyada açıqlayacaq?

İtaliya mətbuatının xəbərinə əsasən Haas komandası yeni sürücülərini bu həftəsonu açıqlayacaq.

F-1.az xatırladır ki, Amerika təmsilçisi ilin sonunda hər iki sürücüsü ilə də yollarını ayıracaq. Bu isə o deməkdir ki, komandaya iki yeni sürücü gələcək.

İtaliya mətbuatı iddia edir ki, Haas komandası gələn il Nikita Mazepin və Mik Şumaxer cütü ilə yarışacaq. Şumaxerin adı Alfa Romeo ilə hallansa da, Ferrari Antonio Covinatsini daha 1 il yarışdırmaq istəyir. Belə olan halda, Kalyum Aylot və Robert Şvartsman Formula1-də yarışmaq üçün daha 1 il gözləyəcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*