G.Ştayner sürücüsü Maqnusseni tərifləyib

Haas komandasının rəhbəri Günter Ştayner sürücüsü Kevin Maqnussenə təriflər yağdırıb.

F-1.az xatırladır ki, danimarkalı sürücü ilk dəfə ardıcıl 2 mövsüm eyni komandada yarışır. Qeyd edək ki, Maqnussen 2014-cü ildə McLaren-də debüt etdikdən sonra ilin sonunda oradan ayrılmış və 2016-cı ildə Renault komandası ilə idmana qayıtmışdı. Lakin burada da özünə yer tapa bilməyən 26 yaşlı sürücü ilin sonunda fransızların sıralarını tərk edərək, Haas-a qoşulmuşdu.

Günter Ştayner: “Bolid yaxşıdır və o da bolidi sevir. Bu kombinasiya onun inamını artırır. İşləri qaydasında görə bilir. Yaxşı bolidlə yaxşı işlər görəcəyinə inanır. Bizim komandada iki il çıxış etməsinin də təsiri var. İlk mövsümündə hamını tanımağa çalışdı və hazırda hamı ilə tanışdır. Komandadaxili atmosferdən də xəbərdardır. Daha əvvəl bir komandada iki il yarışmaq şansı olmadı və buna görə istedadını göstərə bilir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*