H.Marko: Gərginlikdən titrəyirdik

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ameirka yarışının son dövrəsində gərginlikdən titrəyirmiş.

F-1.az xatırladır ki, Maks Ferstappenlə Lyuis Həmilton yarışın son dövrələrində yaxın mübarizə aparmış və yarışı niderlandlı sürücü qazanmışdı. Azarkeşlər isə bu mübarizəni gərginliklə izləmişdilər.

Helmut Marko: “Bütün yarış gərginlikdən titrəyirdik. Heyif ki, yarışın əvvəlində işlər tərs getdi. Təzyiq nöqtəsində problem var idi. Maksın səhvi deyildi. Daha sonra pitə tez gəldik və yaxşı işlədi. Lakin yarışın ortasında çox yavaş qaldıq. Daha sonra vəziyyəti yaxşı dəyərləndirdik və Həmiltonu qabaqladıq. Maksın təkərlərini son ana qədər qoruması inanılmaz idi. Hamımız çox gərgin idik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*