Gələnilki təqvimin ilk yarışının vaxtı açıqlanıb

Hələ növbəti mövsümün təqviminin ilkin versiyası təsdiq olunmayıb, amma bu gün məlum olub ki, 70-ci dünya çempionatı nə zaman başlayacaq.

F-1.az Asvtraliya Qran Prisinin təşkilatçısına istinadən bildirir ki, ənənəyə sadiq qalaraq Melburn növbəti dəfə mövsümün ilk yarışına ev sahibliyi edəcək – martın 15-dən 17-dək çempionat iştirakçıları Albert Parkda bir araya gələcəklər.

Mövsümün belə erkən start almasının əsas səbəbi isə əvvəlcədən bəlli idi. Melburndan iki həftə sonra Bəhreyn mərhələsi baş tutacaq. Bu il Bəhreyndən bir həftə sonra çempionat Şanxaya yollanmışdı, amma gələn il tarixin 1000-ci yarışına hazırlığı nəzərə alaraq, bu dəfə iki Asiya yarışını ikihəftəlik fasilə ayıracaq.

Bu il təqvimdə 4-cü olan Azərbaycan Qran Prisinin növbəti mövsümdə tarixi barədə hələ heç nə məlum deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*