17 Dekabr 2018, Bazar ertəsi - 09:06

G.Berger: “Red Bull Ferstappeni Mercedes-i məğlub etmək üçün transfer etdi”

G.Berger: “Red Bull Ferstappeni Mercedes-i məğlub etmək üçün transfer etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:19 - 04 İyun, 2016

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Red Bull gələcəkdə Mercedes-i məğlub etmək üçün Maks Ferstappeni transfer edib…

F-1.az xatırladır ki, Ferstappen 2015-ci ildə Toro Rosso komandasında debüt edib. Hollandiyalı sürücü bir il Toro Rosso-da çıxış etdikdən sonra heç kimin gözləmədiyi halda builki mövsümün 5-ci yarışında Daniil Kvyatın yerinə Red Bull-a gətirilib.

Berger bildirib ki, Red Bull komandası Mercedes-i məğlub etmək istəyir və buna görə də ən yaxşı sürücü heyəti üçün bu manevr edilib: “Mercedes hazırda ən yaxşı sürücü heyətinə sahibdir. Digər komandalar anladılar ki, Mercedes-i məğlub etmək istəyirlərsə, təkcə texniki cəhətdən onlarla eyni səviyyəyə gəlmək bəs etməyəcək və onlar Mercedes-in bu iki sürücüsünü də məğlub etməlidirlər.

Mercedes-in hər iki sürücüsü mükəmməldir və onlar güclərini birləşdirdikdə məğlubedilməz olurlar. Buna görə də Red bull tez Ferstappeni transfer etdi. Onlar düşündülər ki, Mercedes ilə rəqabət apara biləcək Rikkardo var, amma ikinci bir sürücüyə ehtiyacımız var. Çünki Mercedes-in həm Lyuisi, həm də Nikosu var. Belə düşündülər ki, Ferstappeni alsaq, Rikkardo ilə bir yerdə Ferrari ilə mübarizə apara bilərik və gələn ildən Mercedes-lə də mübarizə apara bilərik”.

Bundan başqa, Berger bildirib ki, Red Bull ən yaxşı şassiyə sahibdir və mühərrik gücləndikdən sonra avstriyalılar gələcəyə daha inamla baxırlar.

Gerhard Berger: “Red Bull-da hazırda istək var. Formula1-də belə geridönüşlər həmişə olub. 3 və ya 4 il çox güclü ola bilərsiniz, amma birdən zəifləməyə başlayarsınız. O dövrdə komandanın aparıcı işçilərini itirməmək çox vacibdir. Red Bull bütün komandanı bir yerdə saxlaya bildi.

Onlar bilirlər ki, həmişə əla işlər görürlər və çox vaxt ən yaxşı bolidə sahib olurlar. Bu il də ən yaxşı bolidə sahibdirlər.

Onlar bilirdilər ki, Renault öz vəzifəsini icra etməlidir və Renault hazırda yaxşı işlər görmək istəyir. Belə görünür ki, yaxşı addımlar atırlar.

İspaniyada Mercedes-lər mübarizəni dayandırsalar da, onlar Ferrari-ni məğlub edərək göstərdilər ki, tünelin sonudakı işığı görürlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 418
Teqlər , , , , , , ,
Paylaş

logo