Emiliya Romanya Qran Prisi: Yarış

Formula1 14 illik fasilədən sonra İmolaya qayıdıb. Aradan keçən bu müddətdə hər şey çox dəyişildiyindən, nəticələri də müqayisə etmək doğru olmaz - dünən poulun sahibi olan Valtteri Bottas 2006-cı ildə eyni uğuru təkrarlamış Mixael Şumaxerin nəticəsini 13 saniyə üstələyib.

F-1.az xatırladır ki, Liberty Media yeni təqvimi tərtib edərkən iştirakçıların Portuqaliyadan dərhal bura gəlmələrində yarana biləcək çətinlikləri nəzərə almışdı və İmoladakı həftəsonunun 2 günlük formatda olacağını açıqlamışdı. Dünən baş tutan yeganə sərbəst yürüşlərdə Lyuis Həmilton protokollara başçılıq edib. Sıralanma turunda isə Valtteri Bottas onu cüzi fərqlə üstələyərək poulu əldə edib və qələbə üçün vacib addım atıb.

Yarışa ilk cərgədən Bottasla Həmilton, ikinci cərgədən Ferstappenlə Qasli, üçüncü cərgədən isə Rikkardo ilə Elbon başlayıblar.

Pirelli buraya C2, C3 və C4 tərkiblərini gətirib. Sürücülər cümə günü işləmədiklərindən, hamıya ümumi 10 dəst (2 dəst Hard, 2 dəst Medium və 6 dəst Soft) təkər verilib. Qasli, Rikkardo, Elbon, Lekler, Kvyat, Norris, Sayns və Covinatsi Soft, digər sürücülər isə Medium təkərlərlə yarışa başlayıblar.

İsinmə dövrəsində Qaslinin maşınının güc qurğusunda problem aşkar edilsə də, fransız sürücü yarışa başlayıb.

Startda Bottas yerini qoruyub, Ferstappen Həmiltonu, Rikkardo isə Qaslini üstələyib. Lekler də bir mövqe yüksəlib. Covinatsi sonuncu yerdən 14-cülüyə qədər yüksəlib. Stroll Okonla təmasdan sonra ön qanadını qırıb və vaxtından əvvəl pit-stop etməli olub. 2-ci dövrədən sonra ilk onluq: Bottas – Həmilton – Ferstappen – Rikkardo – Qasli – Lekler – Elbon – Kvyat – Norris – Sayns.

İlk üçlük bir-birinə yaxın olsa da, hücumlar etmək mümkün olmayıb. Rikkardo və dogər sürücülər onlardan tədricən geri qalmağa başlayıblar. Sayns 6-cı dövrədə komanda yoldaşını ötüb. Yarışa problemlərlə start verən Qasliyə komanda tərəfindən göstəriş verilib və o, boksa gələrək yarışı dayandırmalı olub.

Qrojan 10-cu, Covinatsi 11-ci, Rassell 12-ci, Lekler, Norris və Okon 14-cü, Rikkardo, Elbon və Kvyat 15-ci, Sayns 18-ci, Ferstappen 19, Bottas isə 20-ci dövrədə təkərlərini dəyişib. Valtteri trasa Maksın önündə qayıda bilib. Liderliyə yüksələn Həmilton ardıcıl ən sürətli dövrələrini vurub və trasda qalmağa davam edib. Okon mübarizəni dayandırıb və trasdan bir qədər kənarda dayanıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub.

Həmilton fürsətdən istifadə edərək təkərlərini dəyişib və böyük üstünlük əldə edərək trasa qayıdıb. Maqnussen 29-cu, Latifi isə 35-ci dövrədə pit-stop edib.

Bottas 37-ci dövrədə səhvə yol verib. maks hücum məsafəsinə qədər yaxınlaşsa da, ötmə mümkün olmayıb. Fettel pit-stopda xeyli vaxt itirib. Valtteri 6 dövrə sonra yenə səhvə yol verib, Maks bu dəfə bağışlamayıb və ikinci yerə yüksəlib. Maqnussen 48-ci dövrədə ötürmələr qutusundakı problemə görə dayanıb.

Rəykkönen 50-ci dövrədə pit-stopa yollanıb. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Peres – Rikkardo – Lekler – Elbon – Kvyat – Sayns – Norris.

51-ci dövrədə Ferstappenin arxa sağ təkəri partlayıb və maşın çınqıllığa düşüb. Təhlükəsizlik Maşını trasa daxil olub, sürücülər dərhal pit-stopa yollanıblar. TM arxasında təkərlərini qızdırmağa çalışan Rassell səhvə yol verərək maşını divara çırpıb və mübarizə onun üçün də başa çatıb.

Stroll pit-stop zamanı əyləci gec basıb və mexaniklərdən birinin yıxılmasına səbəb olub. Restart 57-ci dövrədə verilib, Lyuis liderliyini qoruyub. Kvyat dərhal Lekler və Peresi keçib. Rusiyalı sürücü Lekleri də geridə qoyub. Elbon sürətli dövrə vurmaq üçün yenidən təkərlərini dəyişsə də, Lyuis buna imkan verməyib. Stüardlar Qrojana tras limitlərini dəfələrlə pozduğu üçün 5 saniyəlik cəza veriblər.

Lyuis Həmilton mövsümdə 9-cu, karyerasında isə 93-cü qələbəsini əldə edib. Valtteri Bottas ikinci olub, Mercedes ardıcıl 7-ci dəfə Mühəndislər Kubokunun sahibi olub. Daniel Rikkardo mövsümdə ikinci dəfə podiuma yüksəlib. Mövsümdə ilk dəfə hər iki Alfa Romeo sürücüsü xal zonasına düşə bilib.

Çempionat iki həftə sonra Türkiyədə davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:28.32,430 2
2 77 Valtteri Bottas Mercedes AMG + 0:05.783 2
3 3 Daniel Rikkardo Renault + 0:14.320 1
4 26 Daniil Kvyat AlphaTauri + 0:15.141 2
5 16 Şarl Lekler Ferrari + 0:19.111 1
6 11 Serxio Peres Racing Point + 0:19.652 2
7 55 Karlos Sayns McLaren + 0:20.230 2
8 4 Lando Norris McLaren + 0:21.131 2
9 7 Kimi Rəykkönen Alfa Romeo + 0:22.224 1
10 99 Antonio Covinatsi Alfa Romeo + 0:26.398 1
11 6 Nikolas Latifi Williams + 0:27.135 1
12 5 Sebastyan Fettel Ferrari + 0:28.453 2
13 18 Ləns Stroll Racing Point + 0:29.163 3
14 8 Roman Qrojan* Haas + 0:32.935 2
15 23 Aleksander Elbon Red Bull + 0:57.284 2

 

* – tras limitlərini dəfələrlə pozduğu üçün 5 saniyəlik cəza alıb.

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:15.484 (63-cü dövrə)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Corc Rassell Williams 52 qəza
Maks Ferstappen Red Bull 51 qəza
Kevin Maqnussen Haas 48 ötürmələr qutusu
Esteban Okon Renault 28 mexaniki problem
Pyer Qasi AlphaTauri 9 soyutma sistemi

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 282
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 197
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 162
4 3 Daniel Rikkardo Renault DP World F1 Team 95
5 16 Şarl Lekler Scuderia Ferrari 85
6 11 Serxio Peres BWT Racing Point F1 Team 82
7 4 Lando Norris McLaren F1 Team 69
8 55 Karlos Sayns McLaren F1 Team 65
9 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 64
10 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 63
11 18 Ləns Stroll BWT Racing Point F1 Team 57
12 31 Esteban Okon Renault DP World F1 Team 40
13 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 26
14 5 Sebastyan Fettel Scuderia Ferrari 18
15 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 10
16 7 Kimi Rəykkönen Alfa Romeo Racing 4
17 99 Antonio Covinatsi Alfa Romeo Racing 4
18 8 Roman Qrojan Haas F1 Team 2
19 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 479
2 Aston Martin Red Bull Racing Honda 226
3 Renault DP World F1 Team Renault 135
4 McLaren F1 Team Renault 134
5 BWT Racing Point F1 Team Mercedes 134
6 Scuderia Ferrari Ferrari 103
7 Scuderia AlphaTauri Honda Honda 89
8 Alfa Romeo Racing Ferrari 8
9 Haas F1 Team Ferrari 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*