Frederik Vassyör: “Zandfortdakı mərhələ mövsümün ikinci yarısında ilk yarış olacaq, amma yanaşmamız dəyişmir – yarışdan yarışa irəliləmək və ilk növbədə öz qarşımızdakı vəzifələrə fokuslanmaq. Dincəlməyə vaxtımız oldu və indi çox sıx mübarizəyə hazırıq.
Sprınt formatlı həftəsonlarında olduğu kimi, sprintin sıralanma turundan əvvəl ixtiyarımızda cəmi bir məşq sessiyası olacaq. Buna görə də mümkün qədər yaxşı hazırlaşmaq və ilk dövrələrdən hər şeyi düzgün etmək xüsusilə vacibdir.
Zandfortdəki tras həm sürücülər, həm də texnika üçün çətindir, buna görə də vəzifəmiz sadədir – mümkün qədər yüksək mövqelər tutmaq və qarşımıza çıxacaq bütün imkanlardan istifadə etmək”.




