Fransa məhkəməsi F.Briatore və P.Simondsa qarşı sanksiyaları ləğv edib

Nelsinyo Pikenin 2008-ci ilin Sinqapur Qran Prisindəki qəzasını araşdıran FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Flavio Briatore və Pət Simondsu ciddi […]

Nelsinyo Pikenin 2008-ci ilin Sinqapur Qran Prisindəki qəzasını araşdıran FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Flavio Briatore və Pət Simondsu ciddi cəzalandırmışdı, amma bu zaman komanda şərti diskvalifikasiya olunmuş, insidentin əsas səbəbkarı isə, ümumiyyətlə, cəzasız qalmışdı.

Federasiyanın qərarı bir neçə də tənqid olunmuşdu, bir çox mütəxəssislər hesab edirdilər ki, idmandan ömürlük uzaqlaşdırılması Briatore üçün olduqca ciddi cəzadır, həm də FİA-nın Ümumdünya Şurasının belə bir qərar qəbul etmək hüququ varmı? Briatorenin vəkilləri əks iddia qaldırmaqla sübut ediblər ki, federasiyanın qərarı beynəlxalq idman kodeksinin normalarına ziddir və FİA rəhbərliyi tərəfindən “şəxsi intiqam”la bağlıdır.

Bu gün Paris şəhər məhkəməsi bu məsələyə son münasibəti elan edib. Ümumdünya Şurasının qərarı qeyri-legitim sayılıb, Briatore və Simondsa qarşı sanksiyalar ləğv edilib – FİA Fransa mətbuatında çempionatın bütün komandalarını bu barədə məlumatlandırmalıdır, bu zaman məqalələrin dəyəri Briatore üçün 15 min Avronu, Simonds üçün isə 5 min Avronu aşmamalıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*