S.Robertson: “Kimi avtoidmanda qalacaq”

2007-ci ilin dünya çempionu Kimi Rəykkönenin meneceri Stiv Robertson atasının ölümündən sonra finlandiyalı sürücünün karyerasını başa vurması barədə şayiələri təkzib […]

2007-ci ilin dünya çempionu Kimi Rəykkönenin meneceri Stiv Robertson atasının ölümündən sonra finlandiyalı sürücünün karyerasını başa vurması barədə şayiələri təkzib edib…

Stiv Robertson: “Əlbəttə, Kimini atasının ölümü şox sarsıdıb – bu tam normaldır. Amma mən əminəm ki, o avtoidmanda qalacaq. Kimi dünya çempionudur və karyerasını davam etdirək üçün müxtəlif variantları var. Amma hazırda mən heç nə deyə bilmərəm, yalnız deyə bilərəm ki, yaxın günlərdə biz planlarımızı açıqlayacayıq.”

Qeyd etmək lazımdır ki, bu günlərdə 2011-ci ildə ralli üzrə dünya çempionatının bütün mərhələlərində iştirak etmək üçün ərizələrin verilməsi müddəti başa çatıb, amma bu siyahıda Rəykkönenin adının olması məlum deyil. Bu yaxınlarda onun şturmanı Kay Lindström demişdi ki, atasının ölümündən sonra finlandiyalı sürücünün Citroen komandası ilə danışıqları dayandırılıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*