FOTA-nın üzvü olan komandaların nümayəndələri FİA-nın bu gün Nürburqrinqdə təşkil etdiyi 2010-cu il dünya çempionatının iştirakçılarının görüşünü yarımçıq tərk ediblər. Səhər FİA-nın, hazırkı komandaların və yeni US F1, Campos Meta və Manor Grand Prix komandalarının nümayəndələri bir araya gələrək iki məsələni həll etməyə çalışıblar – maşının minimal çəkisinin məhdudlaşdırılması və məsrəflərin tədricən 90-cı illərin səviyyəsinə endirmək. Razılaşma əldə etmək mümkün olmayıb, FOTA görüşü yarımçıq tərk edib, FİA isə yenə də məsələnin müzakirəsini rəsmi mətbuat relizində ictimaiyyətə açıqlayıb…
Federasiyanın bəyanatında deyilir: “Ümumdünya Şurasının 24 iyun tarixli qərarından sonra, yəni idman və texniki reqlmentin əvvəlki versiyaya qaytarılmasından sonra, FİA bu gün 2010-cu ilin dünya çempionatının iştirakçılarının görüşünü təşkil edib – görüşün məqsədi dəyişikliklərə onların razılığını almaq olub.
Bütün dəyişikliklər razılaşdırılıb, yalnız maşının minimla çəkisninin 620 kq-la məhdudlaşdırılması və iki il ərzində məsrəflərin 90-cı illərin səviyyəsinə endirməyin hüquqi sənədləşməsi məsələlərindən başqa.
FOTA-nın üzvü olan səkkiz komanda görüşə ona görə dəvət olunmuşdular ki, 2010-cu il üçün digər təkliflər də müzakirə olunsun. Təəssüf ki, belə bir müzakirə mümkün olmayıb, çünki FOTA üzvləri görüşü yarımçıq tərk ediblər.”