23 Oktyabr 2019, Çərşənbə - 23:10

Britaniya-2019: İkinci sərbəst yürüşlər

Britaniya-2019: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:42 - 12 İyul, 2019

İkinci sessiyada asfaltın vəziyyəti düzəlsə də, güclü külək xüsusilə döngələrdə sürücülərin işini xeyli çətinləşdirib və səhvlərə səbəb olub. Komandalar daha çox Medium və Soft təkərlərin səmərəliliyini yoxlamağa kökləniblər.

F-1.az xəbər verir ki, Rəykkönenin maşını üzərində mexaniklər fasilədə işləyiblər və finlandiyalı sessiyaya başlayan ilk sürücü olub. Hidravlika problemi ilə qarşılaşan Qrojan 40 dəqiqə itirib, ötürmələr qutusunda problem olan Rassell isə sessiyanı vaxtından əvvəl başa vurub.

Bottas yanma şamında problem yaşayıb və mexaniklər onu yenisi ilə əvəzləyiblər. Lakin Mercedes sürücüsü Medium təkərlərlə uzun dövrələr vurmaq proqramını tamamlaya bilməyib. Elbon, Kubitsa, Norris, Bottas, Həmilton və Lekler trasdan çıxsalar da, geri qayıda bilbilər.

Sona 15 dəqiqə qalmış Rikkardo motordakı problemə görə tras üzərində dayanmalı olub. Maşının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub və bir neçə dəqiqə sonra sessiya davam edib. Protokollara Bottas başçılıq edib – 1:26.732.

Məşqlər sabah davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
177Valtteri BottasMercedes AMG1:26.73225
244Lyuis HəmiltonMercedes AMG1:26.801+ 0:00.06934
316Şarl LeklerFerrari1:26.929+ 0:00.19730
45Sebastyan FettelFerrari1:27.180+ 0:00.44830
510Pyer QasliRed Bull1:27.249+ 0:00.51731
64Lando NorrisMcLaren1:27.546+ 0:00.81438
733Maks FerstappenRed Bull1:27.562+ 0:00.83032
855Karlos SaynsMcLaren1:27.987+ 0:01.25539
923Aleksander ElbonToro Rosso1:27.997+ 0:01.26538
1011Serxio PeresRacing Point1:28.002+ 0:01.27032
1126Daniil KvyatToro Rosso1:28.008+ 0:01.27636
1220Kevin MaqnussenHaas1:28.059+ 0:01.32730
137Kimi RəykkönenAlfa Romeo1:28.126+ 0:01.39433
143Daniel RikkardoRenault1:28.128+ 0:01.39617
1527Niko HülkenberqRenault1:28.217+ 0:01.48534
1618Ləns StrollRacing Point1:28.240+ 0:01.50837
1799Antonio CovinatsiAlfa Romeo1:28.294+ 0:01.56228
188Roman QrojanHaas1:28.794+ 0:02.06226
1988Robert KubitsaWilliams1:29.935+ 0:03.20337
2063Corc RassellWilliams1:30.514+ 0:03.78211

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 153
Teqlər , , , , , ,
Paylaş

logo