18 Oktyabr 2019, Cümə - 08:27

FOTA FİA-nı razılaşmanı pozmaqda günahlandırır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:21 - 11 İyul, 2009

Bu gün 2010-cu ilin reqlamentinin müzakirə olunduğu görüşün yarışmçıq qalmasından sonra FOTA mətbuat relizi yaymaqla FİA-nı günahlandırıb, FOTA-nın fikrincə, federasiya […]

Bu gün 2010-cu ilin reqlamentinin müzakirə olunduğu görüşün yarışmçıq qalmasından sonra FOTA mətbuat relizi yaymaqla FİA-nı günahlandırıb, FOTA-nın fikrincə, federasiya Formula1-in gələcəyini təhlükə altına qoyur. Məlum olanda ki, müzakirələrin gedişinə təsir edə bilmirlər FOTA üzvləri görüşü yarımçıq tərk ediblər. FİA hesab edir ki, bu komandalar gələn çempionatda iştirak üçün şərtsiz ərizələr vermədikləri üçün səsvermə hüquqları yoxdur. Bu gün federasiya rəsmən bu komandalara bildirib ki, onlar yalnız müşahidəçi statusuna malikdirlər…

FOTA-nın bəyanatında deyilir: “Bu gün Nürburqrinqdə FOTA-nın üzvü olan komandaların nümayəndələri İdman işçi qrupunun iclasında iştirak ediblər. İclasın gedişində FİA-nı təmsil edən Çarli Uaytinq əvvəlki razılaşmaya zidd olaraq komandaları xəbərdar edib ki, assosiasiya üzvləri hazırda 2010-cu ilin dünya çempionatının iştirakçıları siyahısına daxil deyillər və texniki və idman reqlamentləri ilə bağlı olan məsələlərin müzakirəsində səsvermə hüquqları yoxdur.

Xatırladaq ki, FOTA-nın səkkiz üzvü Avtoİdman üzrə Ümumdünya Şurasının təsdiq etdiyi 2010-cu ilin dünya çempionatının iştirakçıları siyahısına daxil ediliblər və FİA bu sənədi iyunun 24-də rəsmi mətbuat relizi kimi yayıb. FOTA nümayəndələri bugünkü iclası təxirə salmağı xahiş ediblər. Onların bu xahişi rədd edilib ki, yeni Razılaşma Müqaviləsini imzalamaq mümkün deyil, çünki hələ gələn ilin reqlamenti yekdilliklə təsdiq olunmayıb.

FOTA hesab edir ki, Parisdə 2010-cu ilin texniki və idman reqlamentlərinin artıq əsası qoyulmuşdu. Ümumdünya Şurası təsdiq etmişdi və bu FİA-nın mətbuat relizində aydın yazılmışdı: “2010-cu ilin mövsümü 2009-cu ilin reqlamentinə əsasən keçiriləcək.” Parisdə danışıqlar zamanı bir dəfə də olsun qaydalara dəyişikliklərin yekdilliklə təsdiqindən söhbət getməmişdi. Ümumdünya Şurasının qərarının və Paris razılaşmasının əleyhinə çıxış etmək – Formula1-in gələcəyini təhlükə altında qoymaqdır.

Nəticədə bir qədər sonra toplaşmış texniki işçi qrupun iclasında da FOTA nümayəndələri öz hüquqlarından məhrum edildikləri üçün iclası yarımçıq tərk etməkdən başqa əlacları qalmayıb.”

Britaniyanın Autosport qəzeti vəziyyəti yenə də çıxılmaz adlandırıb, FİA prezdienti Maks Mosli, FOM başçısı Berni Ekklstoun və FOTA başçısı Luka di Montedzemolo Parisdə razılaşma əldə etmişdilər. Amma bundan sonra Mosli bildirmişdi ki, istefa barədə qərarına yenidən baxa bilər, çünki FOTA-nın onun ünvanına söylədiyi bəyanatlar mətbuatı azdırıb. Bugünkü hadisələrdən sonra isə idmanın gələcəyi yenə sual altına düşür və istisna deyil ki, FOTA yenə də parçalanmadan danışacaq. Autosport adını bildirmədiyi mənbəyə əsaslanaraq xəbər verib ki, faktiki olaraq Formula1-in sahibi olan CVC Capital sərmayə fondunun nümayəndələri son xəbəri eçidəcək çox hirsləniblər. Əlbəttə ki, FOTA bütün məsuliyyəti FİA-ya yükləyir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 249
Teqlər
Paylaş

logo