Ş.Lekler bolidin tempindən razıdır

Ferrari komandasının sürücüsü Şarl Lekler bolidin tempindən razı qalıb.

F-1.az xatırladır ki, monakolu sürücü yarışın startında Bottası keçərək 3-cü yerə yüksəlsə də, yerini qoruya bilməyib. Üstəlik Norrislə Peres də 23 yaşlı pilotu geridə qoyublar. Yekunda Lekler yarışı 6-cı yerdə bitirib.

Şarl Lekler: “Yaxşı start aldım və pit-stopa qədər təkərlərə yaxşı nəzarət elədim. Yarışın sonlarında isə təkərlər köhnəldiyi üçün problem yaşadıq. Buna baxmayaraq, keçən ilə nisbətən güclüyük və bu, yaxşı haldır. Təbii ki, hələ də istədiyimiz yerdə deyilik.

Görüləcək çox iş var. Eynilə mənim üçün də, çünki bu trasda isti hava şəraitinə görə sürmək həmişə çətin olub. Buna görə də yaxşı başladıq. Keçmişdə də Ferrari 2019-cu ili çıxmaq şərti ilə Bəhreyndə güclü olmayıb”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*