S.Fettel təqaüd barədə düşünmür

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yaxın illərdə təqaüdə çıxmaq fikri yoxdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü son illərdə qələbələrindən çox qəzaları və səhvləri ilə gündəmə gəlib. 2019-cu ildə isə bütün statistikalarda gənc komanda yoldaşı Şarl Leklerdən geri qalır. Ancaq 32 yaşlı sürücü bu problemlərə baxmayaraq, təqaüdə çıxmayacağını deyib: “Məncə, yaş digər idmanlardakı kimi vacib deyil. Ancaq istənilən idman növündə gücünüz varsa, mübarizə apara bilərsiniz. Mən də yaxın zamanda təqaüdə çıxmaq istəmirəm. Yarışmağı sevirəm. 12 ildən sonra gələcəyi düşünmək normaldır. Çünki planınız olmadan yaşamaq heç də yaxşı hal deyil. Qərarı almağa hazır olmaq lazımdır. Əgər mən getsəm, geri qayıtmayacam. Gərək qərarı verdiyimçün xoşbəxt olum”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*