M.Ferstappen: Öyrəşdiyim yerdəyəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, öyrəşdiyi yeri tutub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bəhreyndəki sıralanma turunda Mercedes sürücülərindən geridə qalıb və bu il 8-ci dəfə yarışa 3-cü yerdən başlayacaq.

Maks Ferstappen: “Boliddən maksimumu aldım. Yavaş döngələrdə bolidin arxa tərəfində asfaltla ilişmə az idi, ancaq sıralanma turu yaxşı keçdi. Görək yarışda nə olur. Bu tras təkərlərə qarşı tələbkardır. Ümdi edirəm ki, düzgün balansı tuta bilərik.

Sabah üçün proqnoz vermək çətindir. Bu gün Mercedes güclənmişdi. Sabah da eyni hal təkrarlanacaq. Buna görə də onları məğlub etmək çətindir. Fərqli təkərlərdən istifadə edəcəyik. Ümid edirəm ki, xeyrimizə olar. Həyəcanlı yarış gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*