18 Noyabr 2019, Bazar ertəsi - 19:56

Formula1 borclarını ödəyir

Formula1 borclarını ödəyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:48 - 01 Mart, 2011

Formula1-in kommersiya hüquqlarının sahibi olan CVC Capital Partners şirkəti əlverişli iqtisadi vəziyyətdən yararlanaraq 3 milyard dollara yaxın borcunu ödəyib. The […]

Formula1-in kommersiya hüquqlarının sahibi olan CVC Capital Partners şirkəti əlverişli iqtisadi vəziyyətdən yararlanaraq 3 milyard dollara yaxın borcunu ödəyib. The Sunday Telegraph-ın bildirdiyinə görə, CVC 2006-cı ildə kommersiya hüququnu əvvəlki sahibi Leo Kirxdən almaq üçün 2.3 milyard dollar Şotlandiyanın King Bankından və 0.55 milyard dollar Lehman Brothers bankından kredit götürübmüş.

O vaxtdan faktiki olaraq ancaq kreditin faizləri ödənilirmiş, özü də bu məbləğlər də balaca olmayıb, məsələn, 2009-cu ild faizin məbləği 160 milyon dollar təşkil edib. Amma həm Berni Ekklstoun, həm də bankirlər təsdiq ediblər ki, bu yaxınlarda CVC birdən-birə 2.8 miyard dollar ödəməklə faktiki olaraq borcunu bağlayıb.

2009-cu ilin ortalarında Formula1-i bir neçə avtoistehsalçı tərk etdikdən sonra vəziyyəti çətinləşmişdi, amma yeni Razılıq Müqaviləsi bağlandıqdan sonra, uğurlu 2010-cu il mövsümündən sonra, Koreya və Hindistan kimi əlverişli bazarların dünya çempionatına cəlb olunmasından sonra vəziyyəti düzəltmək mümkün olub.

Xatırladaq ki, CVC Capital Partners Cersidə qeydiyyatdan keçmiş Delta Topco şirkətinin səhmlərinin nəzarət paketinə sahibdir, məhz bu şirkətə Formula1-in kommersiya hüquqları məxsusdur. Delta-nın digər həmsahibləri Berni Ekklstoun (5.3%), böyük WPP reklam firmasının icraçı direktoru Martin Sorell, Nestle konserninin direktorlar şurasının başçısı Piter Brabek, Formula1-in “saray” vəkili Saşa Vudvord-Hill və dünya çempionatının bütün traslarında reklam yerləşdirilməsi ilə məşğul olan Allsport şirkətinin təsisçisi Patrik MakNallidir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 254
Teqlər
Paylaş

logo