Force İndia yeni maşınını təqdim edib

Mövsümöncəsi testlərin ikinci seriyasının başlamasına bir gün qalmış Force İndia komandası yeni maşınını təqdim edib. Virgin Racing komandasında olduğu kimi, […]

Mövsümöncəsi testlərin ikinci seriyasının başlamasına bir gün qalmış Force İndia komandası yeni maşınını təqdim edib. Virgin Racing komandasında olduğu kimi, bu dəfə də təqdimat virtual olub – komanda yeni maşının şəkillərini rəsmi saytında dərc edib.

VJM03 ənənəvi rəng çalarlarını saxlayıb, amma keçənilki maşınla müqayisədə burnu daha “dikəlib” və motor qapağının üzərində builki maşınlara xarakterik olan “üzgəc” qoyulub. Keçən il komanda tarixində ilk poul və podiumunu qazanmışdı, bu il isə bu uğuru bərkitməyə ümid edir…

Vicey Malya: “Bizim məqsədimiz keçən ilin ikinci yarısında olan kimi inkişaf etməkdir, o uğuru davam etdirməkdir. İnanmıram ki, bu sözləri şişirdilmiş kimi başa düşsünlər, amma keçən ilin sonu bizim komanda üçün fantastik oldu. Statistikaya baxın – ilk poul, ilk podium, ilk ən sürətli dövrə, ilk onluqda beş start və çempionatın sonunda 13 xal. Biz öyrənirdik və nəticələr çıxardırdıq, indi biz daha güclü, effektiv olmuşuq və ümid edirik ki, bu il daha böyük uğur qazanacayıq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*