Force İndia VJM02 internetə düşüb

Force İndia VJM02-nin təqdimatı hələ sabah olacaq, bu gün isə komandanın rəsmi saytında mətbuat üçün bölümdə yeni maşının studiya şəkilləri […]

Force İndia VJM02-nin təqdimatı hələ sabah olacaq, bu gün isə komandanın rəsmi saytında mətbuat üçün bölümdə yeni maşının studiya şəkilləri yerləşdirilib. Maşının rəng çaları bir qədər dəyişib, daha parlaq rənglər peyda olub və hamının gözlədiyinin əksinə olaraq, VJM02 heç də McLaren MP4-24-ə bənzəmir.

findia2

Bu il Force İndia McLaren Mercedes-in hazırladığı motor, ötürmələr qutusu və KERS sistemi kompleksindən istifadə edəcək, bundan başqa britaniyalı mütəxəsislər hindistanlı komandaya texniki dəstək də verəcəklər, ona görə də aerodinamikaya məhdudiyyətlərin qoyulduğu bir mövsümdə hər iki maşının xarici görünüşünün oxşar olması gözlənilirdi. Amma ilk fotolara əsasən, bu belə deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*