Red Bull və Renault yeni motor müqaviləsi bağlaya bilərlər

Tərəflərin 2016-cı ildən sonra da əməkdaşlıq etməyə yaxın olduqları bildirilir.

F-1.az xatırladır ki, tərəflər arasındakı münasibətlər keçən il pozulmuş, başqa motor tədarükçüləri Red Bull-a motor verməkdən imtina etdiyindən, komanda TAG Heuer adı altında yenə də Renault motorlarından istifadə etməli olmuşdu. Müqavilə bu ilin sonunda bitir və tərəflərin hansı addım atacağı maraqla gözlənilir.

Kristian Horner: “Renault bizə söz verdiyi hər bir şeyi etdi, onlardan razıyıq”.

Siril Abitebul: “Red Bull ilə həmişə olduğu kimi, sərt müzakirələrimiz olacaq”.

Hər iki tərəfin müqavilənin uzadılmasında maraqlı olduğu bildirilir. Amma iddialara görə, Red Bull motor üçün ödədiyi 28 milyon Avroluq məbləğin azaldılması üçün çalışır. Müqavilənin Kanada Qran Prisindən sonra imzalanması gözlənilir.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*