23 Oktyabr 2019, Çərşənbə - 16:50

Force İndia testlərə fevralın 12-də qoşulacaq

Force İndia testlərə fevralın 12-də qoşulacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:35 - 25 Yanvar, 2010

Force İndia komandası qış testlərinin ilk seriyasında iştirak etməyəcək, Silverstounda yerləşən bazada yeni maşına daha çox vaxt ayıran komanda çox […]

Force İndia komandası qış testlərinin ilk seriyasında iştirak etməyəcək, Silverstounda yerləşən bazada yeni maşına daha çox vaxt ayıran komanda çox güman ki, ikinci seriyanın bir neçə gününü buraxmalı olacaq.

Testlərin ikinci seriyası Xeresdə fevralın 10-dan 13-nə kimi keçəcək, təsdiq olunmamış məlumata görə, yeni maşın testlərə fevralın 12-də gətiriləcək və komanda trasda yalnız iki gün işləyəcək.

Mövsümün gedişində testlərin qadağan olunması bir tərəfdən, hər bir test gününün vacibliyini artırır, digər tərəfdən isə, komandalar bir çox yenilikləri testlərin son gününədək qorumağa üstünlük verirlər ki, rəqiblər heç nəyi nüsxələyə bilməsinlər. Fevral testlərinin əvvəlində və Bəhreyn Qran Prisinin startında maşınlar arasındakı fərq böyük ola bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 253
Teqlər
Paylaş

logo