F.Massa və F.Alonso – əbədi dostdurlar?

Ferrari sürücüləri öz rəhbərlərini dəstəkləyiblər – onlar arasında heç bir anlaşılmazlıq yoxdur, Çin Qran Prisinin gedişində pit-leynin girişində baş vermiş […]

Ferrari sürücüləri öz rəhbərlərini dəstəkləyiblər – onlar arasında heç bir anlaşılmazlıq yoxdur, Çin Qran Prisinin gedişində pit-leynin girişində baş vermiş insident isə artıq keçmişdə qalıb və sürücülər arasındakı qarşılıqlı münasibətlərə xələl gətirə bilməz. Xatırladaq ki, pit-leynin girişində ispaniyalı sürücü braziliyalı komanda yoldaşını kobudcasına kənara sıxışdırıb, onu qabaqlamışdı.

Skuderiyanın rəsmi saytına Massa bildirib: “Belə hadisələr yarışlarda daim olur və həmişə fürsətdən istifadə etməyə çalışan kimsə də tapılır. Bizim Fernando ilə münasibətlərimiz lazımi səviyyədədir və bir epizod, əlbəttə, heç nəyi dəyişməyəcək.

Yarışdan sonra mən baş verənləri artıq izah etdim – məncə, bunu təkrarlamağa ehtiyac yoxdur – hətta mənim sözlərimi birinci dəfədən başa düşməyənlər tapılsa belə. Fernando ilə danışmışammı? Əlbəttə, axı trasda olarkən biz bir-birimizlə hər gün danışırıq. Bizim hər ikimiz bilirik ki, Ferrari bizdən nə istəyir və biz trasda nə etməliyik.”

Alonso da Şanxay qığılcımını böyük tonqala çevirmək istəyənləri tənqid edib. İkiqat dünya çempionunun fikrincə, bu epizodu heç xatırlamağa dəyməz…

Fernando Alonso: “Eşitdiklərim məni təəccübləndirib. Şanxayda mən artıq deişdim: əgər bu epizodun iştirakçıları müxtəlif komandaların sürücüləri olsaydı, heç kimin diqqətini cəlb etməzdi. Əgər digər maşın qırmızı yox, yaşıl və ya boz olsaydı, biz hamımız bu manevrə sevinərdik. İndi isə vaxtımızı boş müzakirələrdə keçiririk.

Biz Felipe ilə sürücülərik və biz bilirik ki, hər şeydən əvvəl komandanın mənafeyidir. Biz trasda özümü necə aparmağı bilirik – mövsümün ilk yarışlarında bunu göstərdik də. Bizim trasda heç bir duelimiz yoxdur, biz komandada problem yaratmırıq – əvvəlki təcrübəmə görə belə şeylər mənə yaxşı tanışdır. Əgər kimsə səs-küy salmaq istəyirsə, bu Ferrari-nin ruhuna təsir etməyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*