F.Massa Maranelloya qayıdıb

Budapeştdə qəzaya uğramasından iki ay keçdikdən sonra Felipe Massa Ferrari-nin bazasına gəlib və onu Yaponiyadan yenicə gəlmiş Stefano Domenikali qarşılayıb… […]

Budapeştdə qəzaya uğramasından iki ay keçdikdən sonra Felipe Massa Ferrari-nin bazasına gəlib və onu Yaponiyadan yenicə gəlmiş Stefano Domenikali qarşılayıb…

Felipe Massa: “Nəhayət, mən evə qayıtdım. Bu mənim ikinci ailəmdir və mən tezliklə hamı ilə, uzun illər mənimlə işləyən hər bir kəslə görüşmək istəyirəm, bütün bu müddət ərzinə mən onların dəstəyini hiss edirdim. İndi mən yenidən işə başlayıram. Çox iş görmək lazımdır, amma mən xoşbəxtəm.”

Stefano Domenikali də sürücünün qayıtmasına sevinib: “Yaxşı ki, Felipe yenidən bizimlədir. Biz bir yerdə Ferrari-nin prezidenti Luka di Montedzemoloya zəng etdik, o da Felipeni məmnuniyyətlə salamladı, ona gərgin işində uğurlar arzuladı və yaxın günlərdə onlar görüşəcəklər.

Bu gün biz bəzi texniki məsələləri müzakirə etdik və əsasən fiziki formanın bərpası proqramından danışqdıq. Felipenin qarşısında çətin vəzifə durur, o çox məşq etməli olacaq. Hərçənd, biz onu tələsdirmirik və o bunu bilir.”

Felipe bu həftə ərzində simulyatorda işləməlidir, mühəndislərlə görüşməlidir və idman zalında məşq etməlidir – İtaliyaya o fərdi məşqçisi ilə birlikdə gəlib. Hələlik son qərar qəbul olunmayıb ki, o nə zaman F2007-nin sükanı arxasına oturacaq, amma istənilən halda bu gələn həftə olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*