F.Massa macar həkimlərinə minnətdarlıq edib

Felipe Massa Budapeştin AEK hərbi hospitalının həkimlərinə minnətdarlıq edib – iyulun 25-də Hunqarorinqdə qəzadan sonra braziliyalı sürücü bu hospitala çatdırılmışdı. […]

Felipe Massa Budapeştin AEK hərbi hospitalının həkimlərinə minnətdarlıq edib – iyulun 25-də Hunqarorinqdə qəzadan sonra braziliyalı sürücü bu hospitala çatdırılmışdı. Braziliyanın AFP agentliyi Massanın hospitalın elektron ünvanına göndərdiyi məktubdan sitat yayıb: “Mən əminəm ki, AEK-də aldığım müalicənin keyfiyyəti mənim tez sağalmağım üçün əsas faktor idi…”

Braziliyanın idman nazirliyinin nümayəndəsi Rikardo Leyster Qonsalveş də macar həkimlərinə Felipeyə qarşı “diqqətli və peşəkar” olduqları üçün minnətdarlıq edib. Həkimlər Formula1-in kommersiya başçısı Berni Ekklstoundan da təşəkkür qazanıblar: o da elektron məktub yazıb və AEK-i “superhospital” adlandırmaqla qeyd edib ki, “…mən qəzaya uğrasam, çalışacam ki, məni AEK-ə çatdırsınlar…”

Massa qəzadan sonra ilk on günü AEK-də qalmışdı, sonra isə San Pauluya gedib və indiyə kimi orda müalicə olunur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*