F.Massa: “Bizim titul şansımız yoxdur”

İspaniya Qran Prisinin finişindən və Censon Battonun dördüncü qələbəsindən sonra Felipe Massa jurnalistlərə etiraf edib ki, onun komandasının bu il […]

İspaniya Qran Prisinin finişindən və Censon Battonun dördüncü qələbəsindən sonra Felipe Massa jurnalistlərə etiraf edib ki, onun komandasının bu il titul uğrunda mübarizədə şansı yoxdur…

Felipe Massa: “Çempionatda şansımız? Məncə, bizim şansımız yoxdur – realist olmaq lazımdır, beş yarışdan onlar dördündə qalib gəliblər. Hətta əgər biz ciddi inkişaf etsək, daha sürətli olsaq, onlar onsuz da xal qazanamqda davam edəcəklər. Sıralanma turunun ikinci sessiyasında biz onlara cəmi 0.2 saniyə uduzduq, üçüncü sessiyada yanacağa görə fərq 0.4 saniyə oldu, adətə bu hal yarışda da təkrar olunur – dövrədə 0.2 saniyə böyük fərqdir.

Mən Red Bull-un sürətini bilmirəm, bütün yarışı mən Fettelin önündə idim və bilmirəm ki, onu ləngidirəm yoxsa yox, amma mənə elə gəlir ki, bizim sürətimiz eyni idi. Çox güman ki, biz bir az da sürətlənməliyik, hərçənd Bəhreynlə müqayisədə biz irəliyə doğru böyük addım atmışıq.

Yanacaq problemləri? Məsələ hesablamada deyil, problem yanacaqdolduran maşındadır, amma mən bilmirəm ki, bu da insan faktoru ilə bağlıdırmı, yoxsa nəsə bir nasazlıqdır. Səbəbini axtarmaq lazımdır, amma mən çox məyus olmuşam. Bütün yarışı mübarizə apardım, sonda isə rəqiblərimi buraxmalı oldum. Son dövrələrdə yanacağa qənaət edirdim, amma bu da kifayət etmədi, ona görə də əvəvl Fetteli buraxdım, sonda Alonsonu, az qala Niki də buraxacaqdım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*