Flavio Briatore: “Franko komandaya getdikcə daha yaxşı inteqrasiya olur. O, həm psixoloji, həm də texniki baxımdan bir çox məqamlarda ciddi irəliləyiş göstərir və komanda ilə münasibətlərində də. Biz onunla çox işləyirik.
O, yaxınlarda Monakoya köçüb, ona görə də mən onu tez-tez görürəm, çox ünsiyyət qururuq. Bu gənc sürücü Formula1-ə ciddi təzyiq altında gəlib və belə vəziyyətdə psixoloji sabitlik əldə etmək asan deyil. Biz ona kömək etməliyik.
Biz Franko ilə böyük işlər görmüşük və indi addım-addım ona özünəinam gəlir. Onun hansı səviyyəyə çata biləcəyini dəqiq bilmirəm, amma onun mütləq istedadı var. Mən buna yüz faiz əminəm.
Əgər Franko indiki kimi sürməyə davam edərsə və onun Pyer Qasli ilə münasibətləri də indiki kimi qalarsa, niyə olmasın? Bir vaxtlar komandamızda Fernando Alonso ilə Cankarlo Fizikella arasında, həmçinin Alonso ilə Yarno Trulli arasında əla münasibətlər olub.
İndi mən Frankonu çox yaxşı tanıyıram və biz Pyer Qaslini də yaxşı tanıyırıq. Hazırda biz komandanın texniki inkişafına və sabitliyə fokuslanmışıq. Ola bilər ki, heyətə dair qərar daha sonra veriləcək. Avqustun sonuna və yay fasiləsinə qədər hələ çox yarış olacaq, ondan sonra qərar verəcəyik”.





