FİA-nın Qala mərasimi Şanxayda baş tutacaq

FİA təsdiqləyib ki, bütün dünya çempionatlarının qaliblərinin və mükafatçıların mükafatlandırma mərasimi dekabrın 12-də Şanxayda keçiriləcək və onun keçirilmə yeri 2025-ci ildə açılmış yeni Beynəlxalq Konvent Mərkəzi olacaq.

Bu ən müasir kompleks Xuanpu çayı sahilində inşa edilib. Onu həm heyrətamiz memarlığı, həm də yüksək texnoloji avadanlıqlarla təchiz olunması fərqləndirir. FİA-nın ənənəvi qala mərasiminin məhz orada keçiriləcəyi barədə məlumat Formula E-nin Şanxaydakı yarış həftəsonu günlərində elan edilib, həmin həftəsonu burada elektrik seriyasının – o da dünya çempionatı statusuna malikdir – ikiqat mərhələsi keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*