FİA iştirakçıların rəsmi siyahısını dərc edib

Dünya çempionatının startına 9 gün qalmış Beynəlxalq Avtomobil Federasiyası (FİA) qarşıdakı mövsümün iştirakçılarının rəsmi siyahısını dərc edib. Siyahının yuxarı hissəsi […]

Dünya çempionatının startına 9 gün qalmış Beynəlxalq Avtomobil Federasiyası (FİA) qarşıdakı mövsümün iştirakçılarının rəsmi siyahısını dərc edib. Siyahının yuxarı hissəsi çoxdan məlum idi və heç kimdə şübhə doğurmurdu. Nəticədə mövsümün startına 12 komanda buraxılıb – nə Stefan GP komandası, nə də US F1 komandası siyahıda yoxdur. Yeganə sürücü vakansiyası isə HRT komandasındadır.

Çoxdan gözlənilən bu sənəd son vaxtlarda toplanmış bir çox suallara cavab verməli idi. Köhnə komandaların hamısı, həmçinin, Lotus və Virgin komandaları heyətlərini elan edərək mövsümöncəsi testlərdə iştirak ediblər. Yerdə qalan iki vakansiyaya isə üç namizəd var idi. FİA isə qanuna istinad etməyə üstünlük verib – Campos komandası adını HRT dəyişərək starta buraxılıb, US F1 komandası mövsümə hazır olmadığı üçün starta buraxılmayıb, starta az vaxt qaldığı üçün onun yerinə Stefan GP komandası da starta buraxılmayıb.

FİA BMW Sauber komandasının adını saxlayıb və sürücülərinə 22-ci və 23-cü nömrələri verib, amma Lotus F1 Racing komandası sadəcə Lotus Racing adlanacaq. Əgər nəzərə alsaq ki, hindistanlı Karun Çandhokun da bu gün Hispania komandasının sürücüsü elan olunması gözlənir, onda yeni mövsümün startına hər şey hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*