22 Noyabr 2019, Cümə - 19:04

FİA iki DRS zonası ilə eksperimentləri davam etdirəcək

FİA iki DRS zonası ilə eksperimentləri davam etdirəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:00 - 26 İyun, 2011

Kanadada sürücülər mövsümdə ilk dəfə yarış zamanı arxa anti qanadın hərəkətli elementindən iki sahədə istifadə etmişdilər. Bu yeniliyin effekti FİA-nın […]

Kanadada sürücülər mövsümdə ilk dəfə yarış zamanı arxa anti qanadın hərəkətli elementindən iki sahədə istifadə etmişdilər. Bu yeniliyin effekti FİA-nın gözlədiyi kimi alınmamışdı – ikinci DRS zonası birinci zonada artıq ötməni reallaşdırmış sürücü üçün böyük üstünlük verirdi, amma federasiyanın nümayəndələri başqa traslarda eksperimentləri davame tdirməyi qərara alıblar.

Bu gün yarışların direktoru və FİA-nın nümayəndəsi Çarli Uaytinq vəziyyəti şərh edib…

Çarli Uaytinq: “Düşünmürəm ki, bizim ideya Kanadada effekt verdi, axı birinci zonada DRS-lə ötmə etmiş sürücü ikinci zonada da üstünlük qazanrıdı.

Biz bunu bilirdik, sürücülərlə bunu müzakirə etmişdik – onlar hesab edirlər ki, belə vəziyyətdə ikinci dəfə DRS-in istifadəsinə icazə verilməməlidir. Hələlik aydın deyil ki, bunu avtomatik necə etmək olar, biz vəziyyəti öyrənirik ki, sistemin potensialını tam realizə edək.

İntervalı da iki nöqtədə ölçək? Bu sistemin mürəkkəbliyini iki dəfə artırır, bununla sistemin mümkün imtinası da artır. İki DRS zonası ideyası Avstraliyadan sonra peyda olmuşdu, yadınızdadırsa, orda ötmə zonası kifayət qədər uzun deyildi. Sürücülər rəqiblərinə maksimum yaxınlaşsalar da, mövqe qazanmağa yer və ya sürət çatmırdı. Monrealda isə birinci zonanın uzunluğu kifayət qədər uzun idi, ikinci zona isə bonus idi. Valensiyada bu iki zona daha effektiv işləməlidir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 393
Teqlər
Paylaş

logo