FİA idman reqlamentini dəqiqləşdirib

Bu gün Parisdə FİA-nın avtoidman üzrə Ümumdünya Şurasının iclasında Formula1-in idman reqlamentinə bəzi düzəlişlər qəbul olunub… FİA Pirelli -nin arzusunu […]

Bu gün Parisdə FİA-nın avtoidman üzrə Ümumdünya Şurasının iclasında Formula1-in idman reqlamentinə bəzi düzəlişlər qəbul olunub…

FİA Pirelli -nin arzusunu reallaşdırıb – məyyən Qran Prilərdə komandalar təkər testlərini davam etdirəcəklər – hər sürücüyə iki dəst təkər veriləcək, təkərlər cümə sərbəsst yürüşlərində istifadə olunacaq və şənbə günü səhər sərbəst yürüşlərə qədər istehsalçıya qaytarılmalıdır.

Bundan başqa, FİA da komandalar kimi 11 dəst təkərin Qran Pri uik-endinə kifayət etməsindən şübhələnir, ona görə də müəyyən Qran Prilərdə komandalar bərk təkər dəsti alacaqlar – bu təkər də cümə sərbəst yürüşlərində işlədiləcək. Yəni cümə günü sürücülərdə üç dəst bərk və bir dəst yumşaq təkər olacaq, birinci sessiyadan sonra bərk təkər dəstindən biri istehsalçıya qaytarılır, qalan dəstlər isə şənbə ügün sərbəst yürüşlərə qədər qaytarılır.

Hər iki halda əlavə təkər dəstinin verilməsi komandalara bir həftə əvvəldən bildiriləcək.

Maşınların Təhlükəsizlik Maşınının (TM) arxasında sürücülərin hərəkəti də dəqiqləşdirilib. İndi sürət məhdudiyyəti (adi halda olduğunun 40%-i) bir dövrəyə deyil, iki dövrəyə şamil olunacaq ki, sürücülərin TM-in araxsında hamısının düzülməsi daha tez baş versin.

TM trasda olduğu bütün müddət ərzində pit-leynin çıxışında yaşıl işıq yanacaq – yarışın dayandırılması istisnadır.

Pit-leyn TM-in keçməsi üçün nəzərdə tutulduğu hal da istisnadır, bu halda sürücülər boksa girə bilməzlər, amma təkər dəyişmək üçün bunu etmək olar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*