15 Sentyabr 2019, Bazar - 14:38

Riodakı tras tikilməyəcək?

Riodakı tras tikilməyəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

15:08 - 04 İyun, 2019

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Rioda tikilən tras 2020-ci ilə qədər hazır olmaya bilər.

F-1.az xatırladır ki, Riodakı trasın quruluşu artıq məlum olub. Lakin bu trasda İnterlaqosla müqavilə ləğv edildikdən sonra yarış keçirilə bilər.

Felipe Massa: “Bunu ilk dəfə eşidəndə qəribə oldum. Prezidentimizin sosial şəbəkədə yazdıqlarını gördüm. Rio de Janeyroda tras tikiləcəyini yazmışdı. Bu, 2020-ci il üçün planlaşdırılmışdı. Amma səkkiz ayda tras tikmək… Mümkünsüzdür demək istəmirəm, amma mümkünsüzdür. Buna görə təəccübləndim. 2021-ci il üçün isə mümkündür. Bəs pulu kim qoyacaq? Bunu dövlət yox, özəl şirkətlər etsə, daha yaxşı olar. Rio şəhərini başqa yollarla da təkmilləşdirmək olar. Bunun üçün trasa pul xərcləmək lazım deyil. Özəl şirkətlər tikirsə, əladır. Tras yaxşı şeydir. İndi isə müqavilənin şərtlərini anlamalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 102
Teqlər ,
Paylaş

logo