09 Dekabr 2019, Bazar ertəsi - 16:44

FİA Böyük Britaniya Qran Prisini dəstəkləməyə hazırdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:36 - 08 Fevral, 2009

Britaniya Qran Prisinin perspektivlərini şərh edən Berni Ekklstoun bu yaxınlarda demişdi ki, Doninqtonda problemlər olarsa, yarış yenidən Silverstouna qayıtmayacaq və […]

Britaniya Qran Prisinin perspektivlərini şərh edən Berni Ekklstoun bu yaxınlarda demişdi ki, Doninqtonda problemlər olarsa, yarış yenidən Silverstouna qayıtmayacaq və Formula1 sadəcə olaraq Böyük Britaniyanı tərk edəcək. FİA prezidenti Maks Mosli Doninqtonu dəstəkləməyə hazırdır, amma bunun üçün milli federasiya ona müraciət etməlidir…

Maks Mosli: “Bizim qaydamız var – çempionat ən azı 3 qitədə keçməlidir və Berni ilə razılığımız var ki, bizim icazəmiz olmadan ənənəvi yarışları təqvimdən çıxarmasın. 1950-ci ildən keçirilən çempionatda cəmi 6 belə yarış var – Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Monako və Belçika. Biz MSA-dan müraciət alsaq kömək etməyə hazırıq və Böyük Britaniya Qran Prisinin keçirilməməsi təhlükəsi yaranmaz.

Faktiki kömək vəziyyətdən asılıdır. Bizim Berni ilə razılığımız ona hüquq vermir ki, ənənəvi traslardan birinə əsassız imtina etsin, amma bu o demək deyil ki, milli federasiya bu statusdan istifadə edib cəmi 100 dollar ödəməklə yarış keçirə bilər. Eyni zamanda əgər bütün maliyyə məsələləri həll olunubsa, Berninin 100 milyon dollar ödəməyə hazır olan hər hansı bir yeni trasda yarış keçirmək ixtiyarı yoxdur.

Fransa Qran Prisi? Biz milli federasiyadan heç bir şikayət almamışıq, bu yarışın ləğvi yerli idman orqanları ilə razılaşıdırılıb, ona görə də bu artıq bizim işimiz deyil.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 372
Teqlər
Paylaş

logo