11 Dekabr 2019, Çərşənbə - 09:37

F.Massanın ilk müsahibəsi sabah yayılacaq…

F.Massanın ilk müsahibəsi sabah yayılacaq…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:46 - 03 Avqust, 2009

Ferrari-nin mətbuat xidməti bu gün Felipe Massanın səhhəti barədə növbəti relizini yayıb… Relizdə deyilir: “Budapeşt, 2 avqust. Felipe Braziliyaya getmək […]

Ferrari-nin mətbuat xidməti bu gün Felipe Massanın səhhəti barədə növbəti relizini yayıb…

Relizdə deyilir: “Budapeşt, 2 avqust. Felipe Braziliyaya getmək üçün həyat yoldaşı və şəxsi həkimi Dino Altmanla Macarıstanı tərk etməyə hazıraşır. Bu gün onun valideynləri və qardaşı Eduardo hospitalı tərk ediblər.

Hospitalı tərk etməmişdən öncə Massa Hunqarorinqdəki qəzadan sonra ilk müsahibəsini verib, ilk rəsmi müsahibəsini o Ferrari.com saytında yerləşdirməyi xahiş edib. Britaniya mətbuatı üçün o bəyanat verməyib, bunu Eduardo edib.”

Mətbuat xidməti ilk müsahibəni bazar ertəsi dərc etməyi vəd edib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 243
Teqlər
Paylaş

logo