FİA BMW Sauber-in yerinə namizədlərin sayını azaldıb

Monsada FİA prezidenti Maks Mosli jurnalistlərə bildirib ki, BMW-nin çempionatı tərk etməsi ilə əməl gələn vakant yerə namizədlərin sayı üç […]

Monsada FİA prezidenti Maks Mosli jurnalistlərə bildirib ki, BMW-nin çempionatı tərk etməsi ilə əməl gələn vakant yerə namizədlərin sayı üç komandaya qədər azaldılıb – BMW Sauber komandasının yeni sahibi, Lotus və Epsilon Euskadi komandaları…

Maks Mosli: “Dünən axşam biz üç ən ciddi namizəddən son təklifləri almışıq və yaxın 1-2 gündə son seçimi edəcəyik. Çox güman ki, gələn həftənin əvvəlində bəyanat verəcəyik.

Namizədlər arasında BMW Sauber də var, amma yeni komanda statusunda, axı onlar Razılıq Müqaviləsini imzalamayıblar. Onlar bizdən sənədləri hazırlamaq üçün bir həftə vaxt istədilər.

Mən şübhə etmirəm ki, Manor Grand Prix, Campos Grand Prix və US F1 gələn il çempionatın startına çıxacala, mən hesab edirəm ki, Cosworth motorları çoxlarını təəccübləndirəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*