09 Dekabr 2019, Bazar ertəsi - 06:15

F.Massa: “Bəzi sürücülər deyəsən sarı bayraqlarda yavaşlamayıb”

F.Massa: “Bəzi sürücülər deyəsən sarı bayraqlarda yavaşlamayıb”

Müəllif: Rauf Hacıyev, redaktor

20:04 - 17 Sentyabr, 2016

Felipe Massa bildirib ki, ikinci sessiyanın sonlarında çıxan sarı bayraqlar zamanı ola bilsin ki, bəzi sürücülər yavaşlamayıb…

F-1.az xatırladır ki, Roman Qrojan ikinci sessiyanın sonlarında bolidinin idarəetməsini itirərək, bariyerlərə çırpılıb. Bu hadisədən sonra ikinci və üçüncü sektorlarda sarı bayraqlar dalğalanmağa başlayıb. Amma bəzi sürücülər nəticələrini yaxşılaşdıraraq, son sessiyaya qalıblar.

Felipe Massa: “Daha sürətli ola bilərdim. Son dövrəm əvvəlkindən daha yaxşı idi. Heyf ki, sarı bayraqlara görə yavaşlamalı oldum. Bəlkə də bəzi sürücülər yavaşlamayıb. Stuartlar bunu təhlil etməlidirlər. Bilirsiniz ki, bu tras bizim üçün əlverişli deyil. Yarış çətin olacaq. Hər şeyə hazır olmalıyıq.

Eşitdiyimə görə bir nəfər (Peres) sarı bayraqlara fikir verməyib. Amma o an sürətimi azaltdığım üçün heç nə g0örmədim. Əgər bu doğrudursa, nəsə etmək lazımdır. Mühəndisim mənə dedi ki, “sarı bayraqlar dalğalanır. Sürətini azaltmalısan”. Mən də sürətimi azaltdım. 11-ci yer pis deyil. Amma 11-ci yer 10-cu yerdən daha yaxşıdır. Valtteri ilə 11 və 12-ci yerləri tutmuşuq. Sabah nə olacağını görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 322
Teqlər , , ,
Paylaş

logo