K.Horner: Peres üçün çox ağırdır

Red Bull-un rəhbəri son 2 yarışda xeyli xal itirərək çempionluq yarışından qopan sürücüsündən bəhs edib

F-1.az xatırladır ki, Monako və İspaniya Qran Prisindəki nəticələrdən sonra Maks Ferstappen və Serxio Peres arasında olan 14 xallıq fərq 53-ə yüksəlib. Komandanın rəhbərinin fikrincə bu, Çekonun üzərində olan təzyiqləri azaltmalıdır.

Kristian Horner: “Maks Ferstappenin komanda yoldaşı olaraq, hər zaman ən yaxşısını verməlisiniz. İndi çempionatda Maks kimi ikinci sürücü yoxdur və inanıram ki, onu eyni maşının sükanı arxasında heç kim məğlub edə bilməz.

Formasının zirvəsində olan bir sürücü ilə qarşılaşır və Peres üçün onunla mübarizə aparmaq çox çətindir. Psixoloji cəhətdən onun üçün belə bir mənzərəni qəbul etmək çox çətindir, lakin indi onun sürücülər çempionatında geriliyi kifayət qədər böyükdür. Bəlkə də bunun sayəsində özünə qoyduğu təzyiq və gözləntilərin bir qismi Serxiodan uzaqlaşacaq”.

Xatırladaq ki, hətta Azərbaycandakı yarışdan sonra Peresin çempion olacağına inananların sayı da kifayət qədər çox idi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*