Ferrari və M.Şumaher qayıtmağı istisna etmirlər

Ferrari-nin və Mixael Şumaherin nümayəndələri məşhur alman sürücünün yaxın yarışlarda Ferrari-nin sükanı arxasına qayıtması barədə peyda olan şayiələri nə təkzib […]

Ferrari-nin və Mixael Şumaherin nümayəndələri məşhur alman sürücünün yaxın yarışlarda Ferrari-nin sükanı arxasına qayıtması barədə peyda olan şayiələri nə təkzib ediblər, nə də təsdiq. Stefano Domenikali Der Tagesspiegel qəzetinə müsahibəsində bildirib: “Bu gün bu məsələyə müsbət və ya mənfi cavab vermək dügzün deyil.”

Şumaherin mətbuat katibi Sabina Kem bildirib ki, yaxın günlərdə bu barədə heç bir bəyanat verilməyəcək, şayiələr görə isə, Mİxael qayıtmaq imkanını istisna etmir, hərçənd İtaliyanın Corriere dello Sport qəzeti yazır ki, o ilin əvvəlində motosiklet qəzasından sonra aldığı zədələrdən tam sağalmayıb.

Felipe Massanı əvəz edə biləcək digər namizədlər arasında mətbuat Niko Hülkenberqin, Fernando Alonsonun, Sebastyen Burdenin və Nelsinyo Pikenin adlarını çəkir. Corriere dello Sport hesab edir ki, sükan arxasına hətta İtaliyanın F3 seriyasının hazırkı çempionu Mirko Bortolotti də otura bilər, Mikro keçən il Ferrari-nin testlərində iştirak edib və hətta Fyoranoda rekord nəticə göstərib.

Test sürücülər Luka Badoyer və Mark Jenenin adları az çəkilir, hərçən onların namizədliyi daha aşkardır.

Stefano Domenikali jurnalistlərə bildirib ki, komanda bu məsələni həftə ərzində həll edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*