Ferrari testlərə F10-un ikinci şassisini gətirib

Ferrari komandası Xeres testlərinin ikinci həftəsinə F10-un ikinci şassisini gətirib – hazırda trasda maşınla Felipe Massa işləyir… Komandanın bildirdiyinə görə, […]

Ferrari komandası Xeres testlərinin ikinci həftəsinə F10-un ikinci şassisini gətirib – hazırda trasda maşınla Felipe Massa işləyir…

Komandanın bildirdiyinə görə, bu gün yerli vaxtla saat 9:00-da Felipe Massa trasa F10-nun ikinci şassisini çıxarıb. Braziliyalı gecə yağan yağışdan sonra hələ nəm olan trasa yağış təkərlərlə çıxıb. Komanda ümid edir ki, gün ərzində hava yaxşılaşacaq. Komanda həm də pit-stopda yeni işıq siqnal sistemini də yoxlayıb.

Maşının yeni şassisi daxili 282 indeksini alıb. Əvvəlki həftədə istifadə olunan maşının konfiqurasiyasından demək olar ki, fərqlənməyən maşında bir neçə yeni element, o cümlədən yeni diffuzor peyda olub. Komanda əsas yenilikləri mövsümöncəsi testlərin gələn həftə Barselonada baş tutacaq son seriyasına saxlayır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*