Ferrari Sürücü Akademiyasının builki heyəti açıqlanıb

Çərşənbə axşamı Maranelloda Formula1-ə gənc sürücülərin hazırlanması məqsədilə 2009-cu ildə yaradılmış Ferrari Sürücü Akademiyasının (FDA) 13-cü mövsümü start götürüb.

F-1.az xəbər verir ki, 2022-ci ildə Sürücü Akademiyasında doqquz dinləyici olacaq – yeddi oğlan və iki qız, lakin yeddi nəfər Maranellodakı təlim-məşq toplanışına gəlib. Mik Şumaxer və Robert Şvratsman Haas və Ferrari komandaları ilə çoxlu davamlı iş gördükləri üçün dərslərdən azad ediliblər.

Dinləyiciləri Ferrari komandasının başçısı Mattia Binotto, Akademiyanın rəhbəri Marko Matassa və komandanın idman direktoru Loran Mekis qarşılayıb. Dörd gün ərzində gənc sürücüləri nəzəri məşğələlər, sonra isə kartinq meydanında məşqlər gözləyir.

PROQRAMLAR

2022-ci ildə FDA-in iki dinləyicisi Formula1-də iştirak edəcək – Mik Şumaxer Haas-da çıxışını davam etdirəcək, Robert Şvartsman isə test sürücü kimi Ferrari-yə qoşulacaq. Formula2-də FDA nümayəndəsi olmayacaq, Markus Armstronqla əməkdaşlığa xitam verilib.

FDA-in iki nümayəndəsi Formula3-də çıxış edəcək – Artur Lekler və Oliver Berman Prema komandasında tərəfdaş olacaqlar. Dino Beqanoviç mövsümü Avropa Regional Formulasında keçirəcək.

FDA-in üç sürücüsü İtaliya və Almaniya Formula4 yarışlarında yarışacaq – Maya Voyq, Ceyms Vorton və Rafael Kamara.

FİA Girls on Track proqramında qazandığı qələbə sayəsində Akademiyanın tələbəsi olan Laura Kamps Torras mövsümü kartinqdə keçirəcək və Formula4 bolidinin sükanı arxasında gücünü sınayacaq.

Mattia Binotto: “Bu gün Sürücü Akademiyasının tələbələri üçün 2022-ci il mövsümü başlayır. Bu, təkcə iştirakçılar üçün deyil, həm də Ferrari üçün mühüm gündür, çünki proqram bizim strukturumuzun mühüm hissəsidir. FDA-in vəzifəsi təkcə Formula1-ə ən istedadlı gənc sürücüləri hazırlamaq deyil, həm də onları Ferrari dəyərlərini paylaşan insanlar və sürücülər kimi formalaşdırmaqdır.

Bu il yeddi oğlan və iki qız həyatlarının əsas məqsədinə doğru – Formula1-də yarışmaq üçün çalışacaq. 2022-ci ildə Formula1-də sürücülərin 20%-i FDA-in dinləyiciləri olacaq. Hər kəs bu il Ferrari ilə dördüncü mövsümünə başlayacaq Şarl Leklerin yolunu təkrarlamağı xəyal edir.

Bütün dinləyicilərə uğurlar və mövsüm gedişində tərəqqi arzulayıram. Əminəm ki, onlar sadəcə öyrənməklə kifayətlənməyəcəklər, bunu üzlərində təbəssümlə edəcəklər, çünki yarışçı olmaq dünyanın ən yaxşı işidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*