Ferrari S.Peresi təbrik edib

Skuderiyanın mətbuat xidməti istedadlı meksikalı sürücü Serxio Peresi 21 yaşı tamam olması münasibətilə təbrik edib. Serxio Ferrari-nin Yarış Akademiyasının işində […]

Skuderiyanın mətbuat xidməti istedadlı meksikalı sürücü Serxio Peresi 21 yaşı tamam olması münasibətilə təbrik edib.

Serxio Ferrari-nin Yarış Akademiyasının işində iştirak edir və bu mövsüm Formula1-də Sauber komandasının heyətində debüt edəcək.

Peresin karyerası ABŞ-da başlayıb, 2005-ci ilə qədər o Skip Barberin Milli Yarış Seriyasında çıxış edib. Bundan sonra Avropaya gələn Serxio Almaniyanın BMW Formulasında iki mövsüm keçirib, 2007-ci ildə isə A1 GP seriyasında Meksikanın şərəfini qoruyub. Bir il sonra Britaniyanın F3 seriyasında titul qazanıb. Son iki ili GP2 seriyasında çıxış edən Peres keçən ili ikinci pillədə başa vurub…